Komplayens və Monitorinq üzrə Baş Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Aqentliyin komlayens və monitorinq indikatorların formalaşdırılması və tətbiq edilməsində iştirak edilməsi;
Agentlikdə komplayens risklərinin müəyyənləşdirilməsi üzrə monitorinq alətlərinin, metodların və modellərin seçilməsi, təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və müəyyən edilməsi;
İllik əsasda monitorinq planlarının hazırlanmasında iştirak etmək, tətbiqi və icra edilməsi;
Layihə, xidmət, proses və məhsullara nəzarətin təmin edilməsi məqsədi ilə fiziki monitorinqlərin icra edilməsi;
Risk reyestrində qeydə alınmış risklərlə bağlı icra edilmiş nəzarət tədbirlərinə əminliyin verilməsi;
Monitorinq sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Agentliyin fəaliyyətində tətbiq olunmasına dair təkliflərin verilməsi;
Risk və komplayensin idarəedilməsi siyasətinin Agentlik üzrə tətbiq edilməsində iştirak edilməsi;
Şöbə əməkdaşlarının işinə dəstək olunması, ehtiyac olduqda işlərin koordinasiya edilməsi;
Şöbənin funksiyasına uyğun olan hesabatların hazırlanmasında aktiv iştirak edilməsi, birbaşa rəhbərinin verdiyi tapşırıqların icrasının təmin edilməsi.
Tələblər
Maliyyə, iqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
Sahə üzrə 2 il və daha çox iş stajı;
Monitorinq, risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarəolunması üzrə analitik bacarıqlar;
Komplayens və monitorinq üzrə nəzəri və praktiki biliklər;
Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
Microsoft Ofis proqramları, yaxşı səviyyədə Power BI, Tableau, SQL texniki biliklər;
Azərbaycan (yüksək səviyyədə), rus və ingilis dilləri (arzuolunandır)
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14551
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200