Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Nəqliyyat/logistika koordinatoru

Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri

Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 mart 2026

Son Tarix: 6 aprel 2026

Təsvir

Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri vəzifəsi

  • Lənkəran Hava Limanı, “Lənkəranaeronaviqasiya”

  • Gəncə Hava Limanı, “Gəncəaaeronaviqasiya”

  • Qəbələ Hava Limanı, “Qəbələaeronaviqasiya”

  • Naxçıvan Hava Limanı, “Naxçıvanaeronaviqasiya”

  • Füzuli Hava Limanı, “Füzuliaeronaviqasiya”

  • Yevlax Hava Limanı, “Yevlaxaeronaviqasiya”

  • Zəngilan Hava Limanı, “Zəngilanaeronaviqasiya”

Vəzifə Öhdəlikləri:

  • Hava hərəkətini idarəetmə dispеtçеri öz məsuliyyət zonasının müəyyən olunmuş sərhəd hüdudlarında radiotexnika və radiоlоkasiya vasitələri istifadə edərək hava gəmilərinin hərəkətini idarə еtmək;

  • Hava gəmilərinin hərəkətinin idarə оlunması prоsеsində hava hərəkətinin təhlükəsizliyinə dair, hərbi hava qüvvələrı və hava hərəkətinin idarə оlunması üzrə qоnşu dispеtçеr məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək;

  • Hava gəmilərinin hеyətlərinə uçuşun yеrinə yеtirilməsi haqqında dəqiq və vaxtında zəruri göstərişlər və məlumat vеrmək;

  • Nəzarət еtdiyi yaхın zоnalarda hava və mеtеоrоlоji vəziyyəti öyrənib təhlil еdir, hava gəmilərinin təhlükəli mеtеоtəzahür zоnasına daxil olmasının qarşısını almaq üçün tədbirlər görmək;

  • Hava gəmilərinin təhlükəsiz hərəkəti təmin оlunmadıqda hava gəmilərinin hеyətlərinə uçuşların yеrinə yеtirilməsini qadağan еtmək.

Tələblər

  • Vətəndaşlıq: AR vətəndaşı olmaq;

  • Təhsil: Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;

  • Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri;

  • Analitik düşünmə qabiliyyəti;

  • Məsuliyyətli və intizamlı olmaq;

  • Komandada işləmək bacarığı.

Əlavə Qeydlər:

  • Təyinatı üzrə işləyəcəyi bölgənin sakini olan namizədlərə üstünlük veriləcək;

  • DMAA-nin Dispetçer üzrə Şəhadətnaməsinə malik olan namizədlərə üstünlük veriləcək.

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10695

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

SƏTƏMM və KN idarəsi / Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis

Tam Ştat

Gündəlik olaraq ərazilər üzrə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası yoxlamalarının həyata keçirilməsi ; İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi; İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili; İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması; Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi; Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanması; İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi; Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət; İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi; İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi; Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin verməsi; Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə nnovativ vasitələrin tətbiq edilməsi.; Region hava limanlarında Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası işinin təşkilinə nəzarət xarakterli ezamlar.

Məhsul sahibi / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Tam Ştat

Omnichannel üzrə məhsulun planlanması, qurulması və gündəlik inkişaf proseslərini idarə etmək; Müştərinin müxtəlif kanallarda (veb, mobil tətbiq, çağrı mərkəzi, fiziki xidmət nöqtələri və s.) eyni və ardıcıl müştəri təcrübəsi yaşamasını təmin etmək ; Müxtəlif kanallarda mövcud olan müştəri təcrübəsini təhlil etmək, problemləri, uyğunsuzluqları və inkişaf imkanlarını müəyyənləşdirmək; Biznesdən gələn tələbləri konkret və icra edilə bilən məhsul tapşırıqlarına çevirmək; Məhsul üzrə prosesləri və icra ediləcək işləri formalaşdırmaq, onların vacibliyini və hansı ardıcıllıqla icra olunacağını müəyyən etmək; Məhsul üzrə görülən işlərin plan üzrə və vaxtında icra olunmasına nəzarət etmək; Kanallar arasında funksiyaların, məzmunun və ümumi müştəri təcrübəsinin uyğun və əlaqəli olmasını təmin etmək; Məhsulla bağlı tələbləri, gözləntiləri və nəticələri aydın və başa düşülən şəkildə sənədləşdirmək; Məhsulun tətbiqi zamanı ortaya çıxan problemləri vaxtında aşkar etmək və həllinə dəstək vermək; Məhsulun real istifadəsini izləmək, hansı funksiyaların effektiv işlədiyini və hansının əlavə inkişaf tələb etdiyini müəyyənləşdirmək; Müştəri rəyləri və istifadə məlumatlarına əsaslanaraq müştəri təcrübəsini davamlı şəkildə yaxşılaşdırmaq; Platformalar arasında məlumatların düzgün, ardıcıl və əlaqəli şəkildə işləməsinə nəzarət etmək; Məhsul üzrə təqdimatlar, qısa hesabatlar və yenilənmələr hazırlamaq; Məhsulun daxili qaydalara, təhlükəsizlik və məlumatların qorunması tələblərinə uyğun olmasını təmin etmək; Omnichannel məhsulun daha səmərəli idarə olunması üçün proseslərin təkmilləşdirilməsinə töhfə vermək.