Qida və İçki üzrə Menecer (Food & Beverage Manager)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
TAİS İKF MMC komandamıza peşəkar və nəticəyönümlü**Qida və İçki üzrə Menecer (Food & Beverage Manager)**axtarırıq.
Vəzifə öhdəlikləri:
Qida-içki xidmətlərinin gündəlik əməliyyat fəaliyyətinin idarə olunması
Şirkətin ümumi biznes strategiyasına uyğun olaraq Food & Beverage istiqaməti üzrə inkişaf və gəlirlilik strategiyalarının hazırlanması və tətbiqi
Qonaq təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə xidmət standartlarının monitorinqi və innovativ yanaşmaların tətbiq edilməsi
Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi
F&B komandasının idarə olunması, motivasiyası və iş bölgüsünün təşkili
Satış və xidmət göstəricilərinin artırılması üzrə fəaliyyət planlarının hazırlanması və icrası
Menyu, qiymətləndirmə və xidmət standartlarının tətbiqinə nəzarət
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsi
Stok, inventar və maya dəyəri idarəçiliyinə nəzarət
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
Əməliyyat xərclərinin optimallaşdırılması və effektiv idarə olunması
Tələblər
Hospitality, restoran(HORECA) və ya hotelçilik sahəsində minimum 3-5 il iş təcrübəsi
Food & Beverage sahəsində idarəetmə təcrübəsi
HACCP sertifikatı üstünlükdür
Liderlik, təşkilatçılıq və komanda idarəetmə bacarığı
Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür
MS Office proqramlarında işləmək bacarığı
Analitik düşüncə və problem həll etmə qabiliyyəti
Yüksək ünsiyyət və təqdimat bacarıqları
Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma
Biz təklif edirik:
Dinamik və inkişaf yönümlü iş mühiti
Böyüyən şəbəkədə karyera imkanları
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində**“Qida və İçki üzrə Menecer (Food & Beverage Manager)”**qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
TAİS İKF
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18389
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer