Satış Meneceri (B2B / B2C)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
TAİS İKF MMC komandamıza peşəkar və nəticəyönümlü**Satış Meneceri (B2B / B2C)**axtarırıq.
Vəzifənin məqsədi
Şirkətin məhsul və xidmətlərinin B2B və B2C seqmentlərində effektiv satışını təmin etmək, satış strategiyalarının icrasında aktiv iştirak etmək, müştəri portfelini genişləndirmək və uzunmüddətli müştəri münasibətlərinin qurulmasına töhfə vermək.
Əsas vəzifə və funksiyalar
B2B və B2C satış fəaliyyətlərinin planlaşdırılması və icrası
Yeni müştərilərin cəlb edilməsi, ilkin danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
Mövcud müştəri portfelinin idarə olunması və müştəri məmnuniyyətinin təmin edilməsi
Satış müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasına nəzarət
Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyən edilməsi
Satış planlarının icrasına nəzarət və nəticələr üzrə mütəmadi hesabatların hazırlanması
Satış hədəflərinin və KPI göstəricilərinin yerinə yetirilməsi
Müştəri ehtiyaclarının təhlili və uyğun satış həllərinin təqdim olunması
Potensial tərəfdaşlar və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıqların qurulması
Satış sonrası müştəri əlaqələrinin idarə olunması və xidmət keyfiyyətinə nəzarət edilməsi
Şirkətin marketinq və reklam kampaniyalarında aktiv iştirak edərək satışların artırılmasına yönəlmiş təşəbbüslərə dəstək verməsi
CRM və satış pipeline proseslərinin effektiv idarə olunması
Tələblər
Tələb olunan bilik və bacarıqlar
B2B və B2C satış sahəsində minimum 3 il iş təcrübəsi
Effektiv ünsiyyət, danışıqlar aparma və təqdimat bacarıqları
Satış strategiyalarının icrası və nəticəyönümlü yanaşma
Müştəri münasibətlərinin idarə olunması bacarığı
Analitik düşünmə və hesabat hazırlamaq bacarığı
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür
Arzuolunan bacarıqlar / əlavə üstünlüklər
CRM sistemləri ilə işləmə təcrübəsi
Aktiv satış və danışıqlar üzrə təlim və sertifikatlar
Xidmət və ya korporativ satış sahəsində təcrübə
FMCG, hospitality və ya xidmət sektorunda satış təcrübəsi üstünlük hesab olunur
Korporativ müştəri bazası ilə işləmə təcrübəsi
Bazar araşdırması və satış analitikası üzrə biliklər
Biz təklif edirik:
Dinamik və inkişaf yönümlü iş mühiti
Böyüyən şəbəkədə karyera imkanları
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində**“Satış Meneceri (B2B / B2C)”**qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
TAİS İKF
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18391
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer