Qeydiyyatçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Qeydiyyatçı vakansiyasını paylaşır.
İş şəraiti:
Məkan: Xankəndi şəhəri
İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)
Tələblər
Ali və ya orta ixtisas təhsilinə malik olmaq
Ofis və ya inzibati sahədə minimum 1 il iş təcrübəsinə malik olmaq
Kargüzarlıq və sənəd dövriyyəsi qaydaları üzrə biliklər
Kompüter bacarıqları (MS Office proqramları ilə işləmək)
Elektron qeydiyyat və məlumat bazası sistemləri ilə işləmək bacarığı
Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dili üstünlükdür
Ünsiyyət və müştəri yönümlü xidmət bacarığı
Dəqiq, məsuliyyətli və diqqətli olmaq
Məlumatların məxfiliyini qoruma bacarığı
Stressli situasiyalarda düzgün və operativ qərarvermə bacarığı
Komanda ilə işləmək bacarığı
Öhdəliklər:
Qəbul və qeydiyyat prosesini təşkil etmək və idarə etmək
Gələn şagird, valideyn və ziyarətçiləri qarşılamaq və yönləndirmək
Telefon zənglərinə və elektron müraciətlərə cavab vermək
Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq
Şagirdlərin şəxsi məlumat bazasını düzgün və dəqiq şəkildə aparmaq
Qəbul sənədlərinin toplanması və yoxlanılmasını təmin etmək
Müvafiq bölmələrlə sənədlərin ötürülməsini təşkil etmək
Gündəlik davamiyyət və qeydiyyat sistemini yeniləmək
Valideyn və şagird məlumatlarının məxfiliyini qorumaq
Qəbul prosesi ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
Təhsil müəssisəsinin daxili qaydalarına əməl olunmasını təmin etmək
Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək
Biz təklif edirik:
Rəqabətədavamlı xalis əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ünvanına CV formalarını “Qeydiyyatçı, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.
Necə Müraciət Etmək Olar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Education
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanda fəaliyyət göstərən nüfuzlu özəl təhsil müəssisələrindən biridir və şagirdlərə müasir, beynəlxalq standartlara uyğun təhsil təqdim edir. Kompleks məktəbəqədər hazırlıqdan başlayaraq ümumi orta və tam orta təhsil pillələrini əhatə edir və tədris prosesində innovativ metodlardan, müasir texnologiyalardan və çoxdilli yanaşmadan istifadə edir. Təhsil kompleksi fəaliyyətində keyfiyyətli təhsil, vətənpərvərlik, intellektual inkişaf və fərdi yanaşma prinsiplərini əsas tutur. Burada şagirdlərin akademik bilikləri ilə yanaşı yaradıcı düşünmə, liderlik və sosial bacarıqlarının inkişafına da xüsusi önəm verilir. Müasir infrastruktur, peşəkar müəllim heyəti və beynəlxalq yönümlü proqramlar sayəsində kompleks ölkənin qabaqcıl təhsil müəssisələrindən biri kimi tanınır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17954
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500