Qaynaqçı (Şirvan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Müəssisənin sex və sahələrində gündəlik tələbat üzrə qaynaq işlərini icra etmək;
Elektrik və qaz qaynaq aparatlarını işə hazır vəziyyətə gətirmək, sazlığını yoxlamaq və təhlükəsizlik qaydalarına riayət etmək;
Müxtəlif qaynaq növlərində (elektrik, qaz və s.) işləri dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Preslərin əsas vallarında yeyilən detalların bərpası və lazımi ölçüyə gətirilməsi üzrə qaynaq işlərini aparmaq;
İş planına uyğun olaraq avadanlıqların, alətlərin və materialların düzgün istifadəsini təmin etmək;
Qaynaq üçün tələb olunan materialların ölçü, növ və keyfiyyət uyğunluğunu müəyyənləşdirmək və yoxlamaq;
İş sahəsində yanğın və digər potensial təhlükələri müəyyənləşdirərək qabaqlayıcı tədbirlər görmək;
İş sahəsini təmiz və təhlükəsiz vəziyyətdə saxlamaq, iş bitdikdən sonra avadanlıqları cərəyandan ayırmaq;
Qurğuların, alətlərin və avadanlıqların düzgün saxlanılmasına nəzarət etmək;
Günlük iş planına və qaynaq prosedurlarına riayət etmək;
Görülmüş işlərlə bağlı rəhbərliyə vaxtında hesabat təqdim etmək.
Tələblər
Qaynaq sahəsində peşəkar bilik və praktiki bacarıq;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (sənaye və ya iri müəssisədə təcrübə üstünlükdür);
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını bilmək və əməl etmək;
Məsuliyyətli, dəqiq, intizamlı və çevik olmaq;
Növbəli iş rejimində işləmək imkanına malik olmaq;
İş prosesində verilən avadanlıqlara görə maddi məsuliyyət daşımaq;
Kommersiya sirri və müəssisə ilə bağlı məlumatların məxfiliyini qorumaq.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7762
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+