1C proqramçı (1C Developer)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 28 mart 2026
Təsvir
Proqram təminatının yerli qanunvericilik və biznes tələblərinə uyğunlaşdırılması və optimallaşdırılması;
Müxtəlif biznes proseslərinin avtomatlaşdırılması (əməliyyatların uçotu, hesabatların hazırlanması, tutulmalar və s.);
Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin təkmilləşdirilməsi;
Mövcud proqram təminatında dəyişikliklərin edilməsi və istifadəçi tələblərinə uyğunlaşdırılması;
İstifadəçilərə texniki dəstək göstərilməsi və istifadəyə dair təlimatların hazırlanması;
Məlumat bazalarının idarə olunması, ehtiyat nüsxələrin və versiyaların izlənməsi;
Qanunvericilikdə və daxili qaydalarda baş verən dəyişikliklərin proqram təminatına inteqrasiyası.
Tələblər
Təhsil və təcrübə:
Ali texniki təhsil (İT, kompüter elmləri, tətbiqi riyaziyyat və s.);
Minimum 2 il proqram təminatı üzrə iş təcrübəsi;
Müvafiq platformalar və tətbiqlərlə işləmə üzrə praktiki bacarıqlar.
Texniki biliklər və bacarıqlar:
Proqramlaşdırma dillərində sərbəst işləmək bacarığı;
Hesabatların və sənəd formalarının hazırlanması təcrübəsi;
Sistemin lokallaşdırılması və qanunvericilik tələblərinə uyğunlaşdırılması üzrə biliklər;
Sistem inteqrasiyası və məlumat mübadiləsi üzrə təcrübə;
Analitik düşüncə və problemlərin operativ həlli bacarığı.
Üstünlüklər:
Beynəlxalq və ya vendor üzrə rəsmi sertifikatların mövcudluğu;
Xarici dil bilikləri (rus və ya ingilis);
Mühasibatlıq, İR və əməkhaqqı uçotu sahəsində biliklər;
Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət bacarığı.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10062
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+