Məlumatların təhlili üzrə mütəxəssis (Data scientist)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 28 mart 2026
Təsvir
Böyük həcmli məlumatları toplamaq, təhlil etmək və interpretasiya etmək;
Statistik modellər və maşın öyrənməsi alqoritmləri inkişaf etdirmək və tətbiq etmək;
Məlumatların təmizlənməsi, öncədən emal və vizuallaşdırma üçün alətlər və metodlar tətbiq etmək;
Biznes tələblərini anlayaraq, məlumat əsaslı qərarlar qəbul etmək üçün modellər yaratmaq;
Biznes tələblərini anlamaq, onları analitik tələblərə çevirmək və tədbir görülə biləcək nəticələr təqdim etmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
Optimizasiya üçün imkanları müəyyənləşdirmək məqsədilə məlumat analizləri aparmaq;
Məlumat əsaslı proqnozlar və təkliflər vermək üçün analitik hesabatlar hazırlamaq;
Məlumat üzərində təhlillər aparmaq və nəticələri müvafiq tərəflərə təqdim etmək;
Müxtəlif komandalara data-dan effektiv istifadə və data-əsaslı qərarlar qəbul etməkdə kömək etmək;
Şirkətin məlumat infrastrukturunu optimallaşdırmaq üçün müvafiq komandalarda iş birliyi aparmaq;
Tapıntıları və tövsiyələri texniki olmayan maraqlı tərəflərə aydın və qısa təqdimatlar və hesabatlar vasitəsilə çatdırmaq;
Məlumat toplama üsullarını yaratmaq və təkmilləşdirmək;
Yeni məlumat mənbələri və texnologiyaları araşdırmaq və tətbiq etmək.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
Data Science, Statistika, Riyaziyyat, Kompüter Elmləri və ya oxşar sahədə ali təhsil;
Maşın öyrənməsi, statistik modelləşdirmə və məlumat təhlili üzrə dərin bilik;
Python, R və ya başqa proqramlaşdırma dillərində təcrübə;
Datanın əldə edilməsi və manipulyasiyası üçün güclü SQL bacarığı;
Data vizuallaşdırma alətləri və kitabxanaları ilə təcrübə (məsələn, Power BI, seaborn və.s);
İngilis, Azərbaycan (Rus dili – Arzuolunandır);
Sahəyə uyğun sertifikat üstünlük sayılır.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10064
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+