Ana Səhifə
Vakansiyalar

PL/SQL üzrə Aparıcı / Baş Mütəxəssis

PL/SQL üzrə Aparıcı / Baş Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

  • Tapşırıq tələblərinə əsasən alqoritmlərin hazırlanması;

  • Proqram kodunun yazılması, verilənlərin müəyyən edilməsi və manipulyasiyası;

  • Proqram kodunun müəyyən edilmiş tələblərə uyğun şəkildə qeyd edilməsi;

  • Kodun təhlili, test edilməsi və keyfiyyətin təmin edilməsi;

  • Kodun sənədləşdirilməsi və texniki spesifikasiyaların hazırlanması;

  • Versiya nəzarət sistemi (GIT) ilə işləmək;

  • Analitiklər və proqram memarları ilə birgə həll arxitekturasının hazırlanması.

Üstünlüklərimiz:

  • Müasir Core Banking ekosistemində çalışmaq imkanı – yüksək yüklü sistemlər, real-time proseslər və geniş funksionallıq üzərində təcrübə qazanmaq

  • Daxili təlim və davamlı öyrənmə imkanları

  • Komanda daxilində şəffaf kommunikasiya və effektiv əməkdaşlıq

  • Funksional və texniki biliklərin inkişafı üçün real layihələr

  • Peşəkar inkişaf və vəzifə yüksəlişi üçün perspektiv

  • Aydın məsuliyyət bölgüsü ilə səmərəli iş mühiti

  • Məhsul sahibləri və biznes komandalar ilə birbaşa işləmək imkanı

Tələblər

  • Oracle PL/SQL üzrə praktiki iş təcrübəsi: paketlər, prosedurlar, trigger-lər, funksiyalar və REF CURSOR*-lar ilə işləmə bacarığı;*

  • SQL performans optimizasiyası üzrə biliklər (execution plan analizi, index-lərin tətbiqi və idarə edilməsi, partitioning);

  • XML və JSON məlumat formatları ilə işləmə bacarığı;

  • Core Banking sistemlərinin əsas modullarını və arxitekturasını bilmək;

  • Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;

  • Komanda daxilində əməkdaşlıq və ünsiyyət bacarığı;

  • Minimum 2 il PL/SQL development üzrə iş təcrübəsi.

Necə Müraciət Etmək Olar

Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Finance

Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18797

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya