AML şöbəsinin Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 30 iyun 2026
Təsvir
Hesabatların Maliyyə Monitorinq Xidmətinə vaxtında və düzgün şəkildə təqdim edilməsi;
Hesab çıxarışlarının müvafiq alətlər vasitəsilə JSON formatına çevrilməsi;
AML sistemləri (monitorinq alətləri və ssenarilər) üzrə analizlərin aparılması;
Aidiyyəti qurumlardan daxil olan sorğuların operativ və müəyyən edilmiş müddətlər çərçivəsində cavablandırılması;
Hesabatlılıq proseslərinin yoxlanılması və təkmilləşdirilməsi üzrə fəaliyyətlərin həyata keçirilməsi;
Hesabatların göndərilməsi prosesinin avtomatlaşdırılması layihələrində iştirak;
Hesabatların hazırlanması prosesində Data komandası ilə nəzərdə tutulmuş işlərin aparılması;
Daxili nəzarət və audit proseslərində iştirakın təmin edilməsi;
Günlük, həftəlik və aylıq əsasda təqdim olunan hesabatların monitorinqinin aparılması.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, İT və ya digər əlaqəli sahələr üzrə);
Bank sektorunda ƏL/TMM sahəsi üzrə minimum 2–3 il iş təcrübəsi;
Analitika və monitorinq sahəsində iş təcrübəsinin olması üstünlükdür;
ƏL/TMM üzrə qanunvericilik və normativ aktlar üzrə biliklər;
KYC, CDD və EDD prosesləri üzrə yaxşı bilik və praktiki təcrübə;
MS Office proqramlarında və Şəms sistemində sərbəst işləmə bacarığı;
AML sistemləri (məsələn, Siron, Actimize və s.) ilə iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində sərbəst, İngilis dili üzrə orta/yaxşı səviyyədə, Rus dili biliyi üstünlük hesab olunur;
Güclü analitik düşünmə bacarığı;
Detallara yüksək diqqətlilik;
Məsuliyyətlilik;
Komanda ilə işləmə bacarığı.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18796
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+