Verilənlərin mühəndisliyi və platformaları şöbəsinin Müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Namizəd data warehouse, data lake, ingestion pipeline-ları, orchestration layer və BI, data science və məhsul komandalarının istifadə etdiyi platforma alətlərinə cavabdeh olan komandaya rəhbərlik edəcək.
Data platformasının strategiyasının, arxitekturasının və roadmap-inin hazırlanması (DWH, Data Lake, streaming ingestion, orchestration və governance);
Analitika, BI və ML workload-ları üzrə platformanın etibarlılığı, performansı, miqyaslana bilməsi və xərclərinə end-to-end məsuliyyətin daşınması;
Core banking və digər əməliyyat sistemlərindən analitik layere real-time və batch ingestion proseslərinin dizaynı və idarə olunması;
Data governance, lineage, məlumat keyfiyyəti və giriş nəzarətinin təmin edilməsi;
BI, analitika, verilənlər və məhsul subkomandaları ilə sıx əməkdaşlıq edərək platformanın əsas daxili müştərilərinə dəstək göstərilməsi.
Üstünlüklərimiz:
Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
Könüllü tibbi sığorta proqramı;
Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
PostgreSQL, MySQL, MS SQL və ya Oracle əsasında qurulmuş klassik RDBMS Data Warehouse-ların (multi-terabyte miqyasda) dizaynı və idarə olunması üzrə təcrübə;
Ən azı bir columnar engine ilə praktiki təcrübə — ClickHouse, Greenplum və ya ekvivalent texnologiyalar;
Apache Airflow və/və ya Apache NiFi ilə production mühitində iş təcrübəsi;
Ən azı bir big data compute framework ilə praktiki təcrübə: Spark, Impala və ya Trino;
Güclü Python biliyi;
Aşağıdakı komponentləri birləşdirən müasir DWH və Lakehouse arxitekturalarının qurulması üzrə uğurlu təcrübə:
Real-time CDC ingestion (Debezium və ya ekvivalent);
Object storage data lake-lər (MinIO, Ceph, managed S3);
ETL və orchestration alətləri (Airflow, dbt və s.);
Data governance və metadata catalog həlləri (OpenMetadata və s.);
Agentic AI development alətlərindən (Claude Code, Codex və ya bənzərləri) gündəlik və sərbəst istifadə bacarığı;
Rus və ya ingilis dillərində yazılı və şifahi sərbəst ünsiyyət bacarığı mütləqdir.
Üstünlükdür:
dbt üzrə təcrübə;
MLOps stack üzrə biliklər: MLflow, Feast, EvidentlyAI;
Maliyyə sektoru və ya digər tənzimlənən sahələrdə iş təcrübəsi.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18421
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+