Verilənlər elmi və Süni İntellekt şöbəsinin Müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 30 iyun 2026
Təsvir
Verilənlər elmi üzrə mühəndislər, maşın öyrənmə mühəndisləri və analitiklərdən ibarət yüksək performanslı komandaya rəhbərlik etmək;
Kredit riski, dələduzluğun qarşısının alınması, yığım, marketinq və rəqəmsal kanallar üzrə AI/ML modellərinin hazırlanmasını və tətbiqini idarə etmək;
Modelin bütün mərhələlərinə (data, modelləşdirmə, validasiya, tətbiq və monitorinq) görə cavabdehlik daşımaq;
Data Science, MLOps və model idarəçiliyi sahəsində ən yaxşı təcrübələri tətbiq etmək;
Təsirli və miqyaslana bilən AI həllərini təqdim etmək üçün biznes və texnologiya komandaları ilə tərəfdaşlıq etmək;
GenAI, LLM-lər və qabaqcıl analitik texnikaların mənimsənilməsi vasitəsilə innovasiyaları təşviq etmək.
Tələblər
Ali təhsil (Kompüter elmləri, statistika, riyaziyyat, verilənlər elmi və ya müvafiq sahə üzrə);
Verilənlər elmi, Maşın öyrənmə və AI sahəsi üzrə 4 ildən çox təcrübə (rəhbər olaraq təcrübə də daxil olmaqla);
Bankçılıq, fintech və ya maliyyə xidmətləri sahəsində təcrübə üstünlükdür;
Python və ya R dillərində güclü proqramlaşdırma bacarıqları;
Maşın öyrənmə platformaları (scikit-learn, XGBoost, PyTorch, TensorFlow) ilə iş təcrübəsi;
Güclü SQL bilikləri və irimiqyaslı məlumat mühitləri ilə iş təcrübəsi;
MLOps alətləri (CI/CD, Airflow, MLflow və s.) ilə praktiki iş təcrübəsi;
Statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika və AI texnikaları üzrə dərin biliklər;
Əlaqədar tərəflərlə (stakeholders) güclü ünsiyyət və münasibətlərin idarə edilməsi bacarığı;
GenAI, LLM və NLP üzrə biliklər üstünlükdür;
Bulud platformaları (AWS, GCP, Azure) ilə iş təcrübəsi üstünlükdür.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18420
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+