Ofisiant (Waiter) - LPQ - Le Pain Quotidien
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
Lokasiya: Bakı,Azərbaycan
Vəzifənin məqsədi
Ofisiant LPQ-nin qonaqpərvərlik fəlsəfəsini qonaqlara çatdıran əsas komanda üzvüdür. Onun əsas vəzifəsi qonaqların rahatlığını təmin etmək, xidmət prosesini sakit, səmimi və yüksək keyfiyyətlə həyata keçirməkdir. Ofisiant qonaq təcrübəsinin hər mərhələsində brendin sadəlik, səmimilik və hörmət dəyərlərini əks etdirir.-
Tələblər
Əsas Vəzifələr
Qonaqların Qarşılanması və Yerləşdirilməsi
Qonaqları LPQ üslubunda – təbii, səmimi və diqqətli şəkildə qarşılayır.
Qonaqların rahat şəkildə yerləşdirilməsini təmin edir.
Menyu təqdim edir və qonağın ilk təəssüratının müsbət olmasına töhfə verir.
Menyu Biliyi və Tövsiyələr
Menyudakı bütün yemək və içkilərin tərkibini, hazırlanma üsulunu və allergen məlumatlarını bilir.
Qonaqlara sadə, aydın və ilhamverici şəkildə tövsiyələr verir.
Çörək, içki və mövsümi təklifləri zərif şəkildə təqdim edir.
Sifarişlərin Qəbulu və Ötürülməsi
Sifarişləri diqqətlə dinləyir və dəqiqliyi təmin edir.
Sifarişləri POS sisteminə vaxtında və düzgün daxil edir.
Mətbəx və bar ilə düzgün kommunikasiya qurur.
Xidmətin Həyata Keçirilməsi
Yemək və içkilərin təqdimat keyfiyyətini yoxlayır: təmizlik, temperatur, vizual harmoniya.
Porsiyaları sakit, diqqətli və peşəkar şəkildə təqdim edir.
Masa üzərində su, çörək, boşqablar və ümumi səliqəni nəzarətdə saxlayır.
Qonaqların ehtiyaclarını əvvəlcədən hiss edir və proaktiv şəkildə dəstək olur.
Təmizlik və Səliqə
Masa, stul, döşəmə və ümumi zal səliqəsini qoruyur.
Servis stansiyasının təmizliyinə və inventarın doluluğuna nəzarət edir.
Çirkli qabları vaxtında və düzgün şəkildə stüardiyaya ötürür.
Hesab və Ödəniş Prosesi
Hesabı düzgün və şəffaf şəkildə təqdim edir.
Nəğd və kart ödənişlərini səhvsiz həyata keçirir.
Qonağın gedişini səmimi və LPQ üslubunda tamamlayır.
Standartlara Riayət
LPQ xidmət standartlarına və prosedurlara əməl edir.
Xarici görünüşün təmiz və brend tələblərinə uyğun olmasını təmin edir.
Ünsiyyətdə sakit, nəzakətli və qonaq yönümlü davranır.
Komanda İşi
Komanda üzvləri ilə əməkdaşlıq edir, pik saatlarda dəstək göstərir.
Zalda yaranan ehtiyacları vaxtında bildirir və komanda ritmini qoruyur.
Baş ofisiant və menecerin tapşırıqlarını vaxtında yerinə yetirir.
Tələblər
18 yaşdan yuxarı namizədlər
Restoran sahəsində minimum 1–2 il iş təcrübəsi arzuolunandır.
Rus və Azərbaycan dillərində sərbəst ünsiyyət bacarığı.
İngilis dili biliyi arzuolunandır.
Xidmət mədəniyyəti və əsas servis qaydaları haqqında bilik.
POS sistemi ilə işləmək bacarığı və ya öyrənməyə hazırlıq.
Səmimi, nəzakətli və qonaq yönümlü davranış.
Yüksək iş tempində sakit qalmaq bacarığı.
Komanda ilə işləmək, məsuliyyət və diqqətlilik.
Təmizlik və detallara həssas yanaşma.
Üstünlüklər
İngilis dili biliyi.
Qida məhsulları və allergenlər haqqında məlumatlılıq.
Qonaqpərvərlik sahəsinə maraq və inkişaf istəyi.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15216
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+