Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Kassir

Xəzinədar (Kassir)-LPQ - Le Pain Quotidien

Xəzinədar (Kassir)-LPQ - Le Pain Quotidien

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 23 may 2026

Təsvir

Lokasiya: Bakı,Azərbaycan

Vəzifənin məqsədi

Xəzinədar LPQ brend dəyərlərinə uyğun olaraq müştərilərə səmimi və peşəkar xidmət göstərir, kassa əməliyyatlarını dəqiq və şəffaf şəkildə icra edir və gündəlik əməliyyatların düzgün təşkilinə dəstək olur.

Tələblər

Əsas vəzifə

Müştəri xidməti:

  • LPQ standartlarına uyğun olaraq qonaqlara səmimi və diqqətli xidmət göstərir

  • Müştərilərə menyu və məhsullar haqqında məlumat verir və seçimdə kömək edir

  • Qonaq məmnuniyyətini təmin etməyə yönəlmiş yanaşma nümayiş etdirir

Satış və kassa əməliyyatları:

  • Məhsulların satışını həyata keçirir və sifarişləri düzgün şəkildə sistemə daxil edir

  • Nağd və nağdsız ödənişləri qəbul edir

  • Kassa və POS-terminal əməliyyatlarını dəqiq və şəffaf aparır

Nəzarət və hesabat:

  • Günlük kassa balansını aparır və növbə sonunda hesabat təqdim edir

  • İnkassasiya prosesində iştirak edir

  • POS qəbzlərini müvafiq qaydada təhvil verir

Daxili qaydalar və prosedurlar:

  • Məhsulların silinmələr kitabında qeydiyyat aparır

  • Şirkət əmlakının qorunmasına cavabdehdir

  • LPQ-nin daxili prosedur və standartlarına riayət edir

Komanda işi:

  • Kassa sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin edir

  • Zərurət olduqda zal komandasına dəstək göstərir

  • Komanda daxilində effektiv əməkdaşlıq edir

Tələblər

  • 18 yaşdan yuxarı namizədlər

  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı

  • Yüksək ünsiyyət bacarığı və nəzakətli davranış

  • Məsuliyyətlilik və diqqətlilik

  • Sürətli və dinamik mühitdə işləmək bacarığı

  • Komanda ilə işləmək bacarığı

  • Kassir və ya xidmət sahəsində təcrübə üstünlükdür

İş şəraiti

  • Əmək qanunvericiliyinə uyğun rəsmi iş

  • LPQ standartlarına uyğun iş mühiti

  • Təlim və inkişaf imkanları

  • Komanda əsaslı iş mühiti

Məsuliyyət

  • Kassa əməliyyatlarının düzgün və şəffaf aparılması

  • Pul vəsaitlərinin qorunması

  • LPQ standartlarına riayət olunması

  • Müştəri məmnuniyyətinin təmin edilməsi

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Sinteks Group of Companies

Sinteks Group of Companies

Retail

Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15218

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Xəzinədar (NEXT, Mango, Deichmann)

Tam Ştat

Sinteks Şirkətlər Qrupunahal hazırdaXəzinədar (NEXT, Mango, Deichmann) tələb olunur. Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada kassa əməliyyatlarını aparmaqdır. Vəzifə öhdəlikləri: Kassa əməliyytlarını həyata keçirir. Yekun hesabat aparır, daxil olan nəğd pulun gorunmasını təmin edir, satışdan daxil olan nəğd pul vəsaitini inkassasiya edir və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil verir. Kassa aparatlarının və kassada olan diqər avadanlıqların düzgün işləməsinə nəzarət edir, yaranan nasazlıqlar barədə rəhbərliyə məlumat verir. İş şəraiti Əməkhaqqı: 627 azn Gross + bonus İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət Təhsil: Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır Təcrübə: Xəzinadarlıq sahəsində ən az 1 il iş təcrübəsi Professional biliklər: Kassa avadanlıqları ilə işləməyi bacarmaq Kassa əməliyyatları sistemləri üzrə biliklər MS Office Proqramları Orta səviyyədə ingilis və ya rus dili biliyi Professional bacarıqlar və kompetensiyalar: Məsuliyyət Diqqətlilik İntizam Qeyd: Bəy namizədlər dəyərləndirilir! Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.