Nəqliyyat üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 fevral 2026

Son Tarix: 6 mart 2026

Təsvir

Əsas tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Logistika, Nəqliyyat İdarəçiliyi, Biznesin təşkili və s. üzrə)

  • Nəqliyyat parkının idarə olunması, sürücülərin koordinasiyası və marşrut planlaması sahəsində 1 il iş təcrübəsi ;

  • Nəqliyyat sektorunun idarəetmə sistemləri, daxili prosedurlar və təhlükəsizlik qaydaları üzrə biliklər;

  • Avtomobil texnikasının əsas anlayışlarını bilməli (texniki xidmət intervalları, nasazlıqların ilkin diaqnostikası və s.);

  • Marşrut optimizasiyası və yanacaq sərfiyyatının idarə olunması üzrə anlayışlar;

  • Nəqliyyatla bağlı sənədləşmə (yol vərəqələri, əməliyyat aktları, xərclər və s.) sahəsində biliklər;

  • Komputer bilikləri: MS Office - əla;

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;

  • Komanda ilə işləmə bacarığı;

  • Planlaşdırma və problem həll etmə bacarığı;

  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;

  • İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat əməliyyatlarının gündəlik təşkili və nəzarəti

  • Yanacaq sərfiyyatı və nəqliyyat xərclərinə nəzarət

  • Gecikmə və problemlərin operativ həlli

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

  • ERP/Tinda, GPS və digər nəqliyyat sistemlərində məlumatların düzgün və vaxtında işlənməsini təmin etmək

  • Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;

  • Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;

  • Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;

  • Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;

  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət edilməsi;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;

  • Yemək şirkət tərəfindən;

  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Nəqliyyat üzrə mütəxəssis” yazmaqla göstərilən mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Other

Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7803

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Təftiş işləri üzrə mütəxəssis

Tam Ştat

Əsas tələblər: Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə); Komputer bilikləri: MS Office - yaxşı; Dil bilikləri: Azərbaycan-əla; B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir. Fərdi keyfiyyət göstəriciləri: Komanda ilə işləmə bacarığı; Riyazi biliklər və analitik düşünmə bacarığı; Planlaşdırma və problem həll etmə bacarığı; Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı; İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil. Digər tələb və üstünlük göstəriciləri: ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır. Vəzifə öhdəlikləri: Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması; Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının tətbiqinin yoxlanması; Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması; Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi; Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması. İş vaxtının norması: 5 günlük iş rejimi; 09:00/18:00 Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Yemək pulu və yanacaq pulu şirkət tərəfindən; Korporativ telefon nömrəsi və danışıq paketi; İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı) Müraciət forması: Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mühasib

Tam Ştat

Əsas tələblər: Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit); Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi; Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə); Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel); New.e-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı; Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi; Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi. Fərdi keyfiyyət göstəriciləri: Dəqiqlik və detallara diqqətlilik; Məsuliyyətlilik; Operativlik; Nəticə yönümlü; Komandada işləmək bacarığı. Digər tələb və üstünlük göstəriciləri: Mikro ERP proqramında işləmək bacarığı. Vəzifə öhdəlikləri: ƏDV, ÖMV, Əmlak, Muzdlu işlə əlaqədar Vahid bəyannamə hazırlanması və təqdim edilməsi; Xərclərin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanması; Vergi orqanlarından daxil olan məktubların, sorğuların cavablandırılması.Yoxlama zamanı tələb edilən sənədlərin hazırlanması və təqdim edilməsi; Hər ayın sonunda debitor-kreditor hesablarının qalıqlarının uyğunluğunu yoxlamaq; Təchizatçılara, podratçılara, işçilərə və dövlət qurumlarına ödəniş tapşırıqlarının düzgün hazırlanması; Vergi, DSMF, İTS, cərimə və digər dövlət ödənişlərinin icrası; Bank çıxarışlarının (statement) gündəlik və ya aylıq Micro proqramına işlənilməsi. İş vaxtının norması: 5 günlük iş rejimi; 09:00\18:00 Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Yemək şirkət tərəfindən; Şirkət nömrəsi və danışıq paketi. İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A Masazır dairəsinin yaxınlığı Müraciət forması: Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.