Nəqliyyat planlama mütəxəssisi / şəhər mühitinin inkişafı üzrə mühəndis
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Vəzifə öhdəlikləri:
Şəhər ərazilərinin yaxşılaşdırılması üçün nəqliyyat konsepsiyalarını hazırlamaq, müasir və komfortlu ictimai məkanları layihələndirmək.
Piyada zonalarını layihələndirmək, avtomobillər üçün istifadə olunan məkanları təhlükəsiz küçə və meydanlara çevirmək, nəqliyyatın axınının sakitləşdirilməsi (traffic calming) prinsiplərini tətbiq etmək.
İctimai nəqliyyat, piyadalar və mikromobilliyin prioritet olduğu müasir urbanistik yanaşmalara uyğun yol hərəkətinin təşkili layihələrini hazırlamaq.
Layihə həllərinin rəhbər heyət və maraqlı tərəflər qarşısında müdafiəsi üçün əsaslandırmalar, dərin analitik hesabatlar və vizual təqdimatlar hazırlamaq.
Reallığa əsaslanan məlumatlar əsasında (məsələn, piyada zonalarının yaradılması nəticəsində nəqliyyat axınlarının yenidən bölüşdürülməsi) həyata keçirilən dəyişikliklərin təsirini qiymətləndirmək üçün nəqliyyat modelləşdirilməsi aparmaq.