Nəqliyyat üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 23 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını qurmaq;
Sistemə daxil olan sifarişlərin ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq;
Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemlərdə sürücülərə dəstək vermək;
Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək;
Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq;
Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək.
Tələblər
Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
MS Excel proqramından istifadə bacarığı;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Abşeron Ticarət Mərkəzi
İş vaxtı: 6 günlük iş rejimi, iş saatı 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə kiçik mütəxəssis” yazaraq göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Columba
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11903
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə