Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Digər nəqliyyat işləri

Nəqliyyat planlama mütəxəssisi / şəhər mühitinin inkişafı üzrə mühəndis

Nəqliyyat planlama mütəxəssisi / şəhər mühitinin inkişafı üzrə mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Şəhər ərazilərinin yaxşılaşdırılması üçün nəqliyyat konsepsiyalarını hazırlamaq, müasir və komfortlu ictimai məkanları layihələndirmək.

  • Piyada zonalarını layihələndirmək, avtomobillər üçün istifadə olunan məkanları təhlükəsiz küçə və meydanlara çevirmək, nəqliyyatın axınının sakitləşdirilməsi (traffic calming) prinsiplərini tətbiq etmək.

  • İctimai nəqliyyat, piyadalar və mikromobilliyin prioritet olduğu müasir urbanistik yanaşmalara uyğun yol hərəkətinin təşkili layihələrini hazırlamaq.

  • Layihə həllərinin rəhbər heyət və maraqlı tərəflər qarşısında müdafiəsi üçün əsaslandırmalar, dərin analitik hesabatlar və vizual təqdimatlar hazırlamaq.

  • Reallığa əsaslanan məlumatlar əsasında (məsələn, piyada zonalarının yaradılması nəticəsində nəqliyyat axınlarının yenidən bölüşdürülməsi) həyata keçirilən dəyişikliklərin təsirini qiymətləndirmək üçün nəqliyyat modelləşdirilməsi aparmaq.

Tələblər

  • Nəqliyyat, şəhərsalma və ya yol hərəkətinin təşkili sahəsində ali təhsil.

  • Nəqliyyat planlaşdırılması və modelləşdirilməsi sahəsində minimum 2 il təsdiqlənmiş iş təcrübəsi.

  • Aşağıdakı proqram təminatlarında sərbəst iş bacarığı:

AutoCAD (YHT layihələrinin hazırlanması üçün)

QGIS (məkan məlumatlarının təhlili üçün)

PowerPoint və Excel üzrə yüksək səviyyəli bacarıqlar

  • Layihə həllərinin və məlumatların məkan vizuallaşdırılması bacarıqları.

  • Mikromodelləşdirmə proqram təminatı (PTV Vissim) ilə iş təcrübəsi üstünlük hesab olunur.

  • İngilis dili: orta səviyyədən yuxarı (Upper-Intermediate və daha yüksək). Rus və/və ya türk dili biliyi üstünlükdür.

  • Yüksək səviyyədə müstəqil işləmə bacarığı, tapşırıqları strukturlaşdırma və analiz etmə bacarığı, analitik düşüncə və nəticəyə görə məsuliyyət daşımağa hazır olmaq.

Necə Müraciət Etmək Olar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Other

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12477

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Hüquq departamentinin direktorunun müavini

Tam Ştat

Departament direktorunun tapşırıqlarının vaxtında, dəqiq və yüksək peşəkarlıqla icrasını təmin etmək; Departamentin iş planına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və tam həyata keçirilməsinə dair təkliflər vermək, tapşırıqların icrasını təşkil etmək və nəzarətdə saxlamaq; Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış hüquqi aktların layihələrinin hüquqi ekspertizasını həyata keçirmək; Agentliyin hüquqi təminatının formalaşdırılmasında iştirak etmək, fəaliyyət zamanı istifadə olunan hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər və hüquqi akt layihələri hazırlamaq; Struktur bölmələr tərəfindən hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəylər hazırlamaq və rəhbərliyə təqdim etmək; Qüvvədə olan hüquqi aktların yeni qəbul edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq; Məhkəmə proseslərində Agentliyin nümayəndəsi kimi iştirak etmək, əməkdaşların məhkəmə proseslərində iştirakına nəzarət etmək, Agentliyin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək; Məhkəmə işləri üzrə prosessual sənədlərin (iddia ərizələri, etirazlar, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri və s.) hazırlanmasını və koordinasiyasını təşkil etmək; Məhkəmə proseslərinə hazırlıq və baxılması zamanı qanunvericiliyin və daxili qaydaların pozulması halları aşkar edildikdə bu barədə Departament direktoruna məruzə etmək.