Nəqliyyat qaynaqçısı (Zərdab filialı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq, qaynaq aparatlarının, aqreqatların sazlığını və qaynaq məftillərinin izolyasiyasını yoxlamaq.
Elektrik və qaz qaynaq aparatlarını işə hazır vəziyyətə gətirmək və təhlükəsiz istifadəsini təmin etmək.
Kənd təsərrüfatı texnikalarının, qoşquların, avadanlıqların və müxtəlif metal konstruksiyaların qaynaq işlərini yerinə yetirmək.
Günlük iş planına və qaynaq prosedurlarına uyğun olaraq qaynaq işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək.
Tələbdən asılı olaraq müxtəlif qaynaq üsullarından istifadə etməyi bacarmaq və ehtiyac olduqda növbəli iş rejimində çalışmaq.
Qaynaq işlərinin ardıcıllığını planlaşdırmaq, istifadə olunacaq materialların ölçü, növ və sayını müəyyənləşdirərək uyğunluğunu yoxlamaq.
İş üçün lazım olan alət və avadanlıqların nasazlıqlarını və istismar qüsurlarını müəyyən etmək.
İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək.
İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və materialları uzaqlaşdırmaq, təhlükəsiz iş şəraiti yaratmaq.
İşləri plana uyğun şəkildə digər əməkdaşlarla koordinasiyalı şəkildə həyata keçirmək.
Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz şəraitdə saxlamaq və düzgün yerləşdirmək.
İş sahəsini tullantılardan təmizləmək, iş mühitinin təmiz və təhlükəsiz saxlanmasını təmin etmək.
İş vaxtının sonunda elektrik cərəyanına qoşulan bütün avadanlıqları söndürmək və iş yerini qaydaya salmaq.
Görülən işlər barədə rəhbərliyə hesabat vermək, daxili prosedur, təlimat və qaydalara riayət etmək.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Tələblər
Təhsil: Orta təhsil.
Təcrübə: Minimum 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dili.
Elektrik və qaz qaynaq aparatlarının quruluşunu və iş prinsipini bilməli.
Qaynaq standartlarına uyğun keyfiyyətli qaynaq işləri aparmağı bacarmalı.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməli.
Qaynaq birləşmələri, tikiş növləri və qaynağa hazırlıq qaydalarını bilməli.
Elektrod və metalların növü, tərkibi və istifadəsini bilməli.
Qaynaq zamanı sürət, gərginlik və amper göstəricilərini tənzimləməyi və nasazlıqları müəyyən etməyi bacarmalı.
Müxtəlif qaynaq üsulları ilə işləmək və ehtiyac olduqda növbəli iş rejimində çalışmaq imkanı olmalı.
Komandada işləmək və əməkdaşlarla düzgün ünsiyyət qurmaq bacarığına malik olmalı.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16430
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+