Nəqliyyat çilingəri (Ağcabədi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq və təmir prosesinə hazırlaşmaq.
Kənd təsərrüfatı texnikalarında yoxlama aparmaq, nasazlıqları aşkar edib aradan qaldırmaq.
Texnikalara müəyyən edilmiş intervallarda mütəmadi texniki baxış keçirmək və təhlükəsiz istismarı təmin etmək.
Gündəlik istifadə olunan nəqliyyat vasitələrini yoxlamaq və lazım olan təmir işlərini yerinə yetirmək.
Təmir işlərini planlı şəkildə təşkil etmək və istifadə olunacaq alət-avadanlıqların saz vəziyyətini yoxlamaq.
Qüsurlu, köhnəlmiş və ya təhlükəli hissələri vaxtında dəyişdirmək, təmir etmək və ya bərkitmək.
Mexaniki hissələrin sökülməsi, yoxlanılması və texniki vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək.
Lazım olduqda yoxlama cihazlarından istifadə edərək texnikanın texniki vəziyyətini müəyyənləşdirmək.
Texnikaların düzgün işləməsi üçün təmizləmə, yağlama və bərkitmə işlərini aparmaq.
İş sahəsini təmiz və təhlükəsiz saxlamaq, tullantıları müəssisə qaydalarına uyğun şəkildə uzaqlaşdırmaq.
Qurğu, alət və avadanlıqları düzgün saxlamaq və yerləşdirmək.
Müəssisədaxili prosedur, təlimat və qaydalara riayət etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Fərdi mühafizə vasitələrindən — maska, əlcək, qoruyucu eynək, qulaqcıq, çəkmə və xüsusi geyimdən istifadə etmək.
İş yerində təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təhlükəli halları dərhal rəhbərliyə bildirmək.
Kimyəvi maddələrlə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə riayət etmək, ətraf mühiti qorumaq və SƏTƏM təlimlərində iştirak edib bilikləri tətbiq etmək.
Tələblər
Təhsil: Orta təhsil.
Təcrübə: Minimum 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dili.
Nəqliyyat vasitələrinin detal və hissələrinin bərpa üsullarını bilməli.
Avadanlıqların işləyən hissələri və detalları üçün yol verilən yükləri bilməli.
Nasazlıq, sınma və qəzaların qarşısının alınması üçün profilaktik tədbirləri tətbiq etməyi bacarmalı.
Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilməli.
İstehsalat avadanlıqları ilə işləmək təcrübəsinə malik olmalı.
Məsuliyyətli, işgüzar, dürüst və çevik olmalı.
Komandada işləmək, komanda üzvləri ilə effektiv ünsiyyət qurmaq və gərgin iş rejimində çalışmaq bacarığına malik olmalı.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16429
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+