Nasos stansiyaları üzrə operator (Beyləqan İFT)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Nasos stansiyaları aparatlarına işə salınmazdan əvvəl texniki baxışın keçirilməsi;
Nasosların təzyiq ölçən aparatlarının saz vəziyyətdə olmasını yoxlamaq;
Suvarma dövründə nasosların stabil işini təmin etmək;
Suvarma qurğuları üzrə operatorlarla koordinasiyalı işləmək;
Nasos stansiyaları və suvarma qurğuları üzrə mexanikin verdiyi tapşırıqları icra etmək.
Tələblər
Nasos stansiyaları aparatlarının sazlığına və təyinatı üzrə düzgün istifadə olunmasına görə məsuliyyət daşıyır;
Nasos stasniyaları və suvarma qurğularına aid işlərdən anlayışlı olmaq;
Məsuliyyətli və vaxtında düzgün qərar verməyi bacarmaq.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16428
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+