Mütəxəssis (Əlaqə Mərkəzi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
Müştərilərdən daxil olan müraciətləri telefon və digər kommunikasiya kanalları vasitəsilə qəbul etmək və operativ şəkildə cavablandırmaq;
Sərnişinlərə uçuşlar, biletlər, xidmətlər və digər mövzular üzrə dəqiq və dolğun məlumat təqdim etmək;
Müştəri müraciətlərini sistemdə düzgün qeydiyyata almaq və sənədləşdirmək;
Müştəri problemlərini və şikayətlərini araşdırmaq və həlli üçün müvafiq struktur bölmələri ilə əlaqələndirmə aparmaq;
Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə yüksək xidmət standartlarına riayət etmək;
İş prosesində müəyyən edilmiş prosedur və qaydalara uyğun fəaliyyət göstərmək.
Tələblər
Bakalavr təhsili;
Minimum 1 il iş təcrübəsi;
Azərbaycan dili – əla səviyyədə;
İngilis dili – yaxşı səviyyədə;
Rus dili – yaxşı səviyyədə;
MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Danışıqların aparılması bacarığı;
Problem həll etmə bacarıqları;
Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmək bacarığı.
İş qrafiki:
Növbəli
İş yeri:
Dəmirçi Plaza
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12471
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+