Uçuşdaxili əyləncə və şəbəkə əməliyyatları üzrə mütəxəssis / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 6 aprel 2026
Təsvir
Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə bütün əməliyyat fəaliyyətlərinin vahid koordinasiya nöqtəsi kimi çıxış etmək;
Müştəri təcrübəsi üzrə verilən tapşırıq və göstərişlərin əməliyyat səviyyəsində vaxtında və düzgün icrasını təmin etmək;
Müştəri təcrübəsi bölməsi ilə CAMO / Texniki xidmət, Uçuş əməliyyatları, Yerüstü xidmətlər, Satınalma, Logistika və digər aidiyyəti struktur bölmələr arasında əlaqələndirici rolunu yerinə yetirmək
Planlaşdırılmış dəyişiklik və təşəbbüsləri icra edilə bilən konkret əməliyyat addımlarına çevirmək və icrasını izləmək;
Peron və yerüstü xidmətlər daxil olmaqla, yerində əməliyyat nəzarətini təmin etmək, avadanlıqların təyyarələrə yüklənməsi və boşaldılması prosesinə nəzarət etmək;
Uçuşdaxili əyləncə serverləri, simsiz sistemlər, media daşıyıcıları, planşetlər və digər əlaqəli avadanlıqların hərəkətini, yerləşdirilməsini və hazır vəziyyətini təmin etmək;
Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə avadanlıqların inventarını, mövcudluğunu və əməliyyat statusunu mütəmadi olaraq izləmək;
Media kontentinin, proqram təminatının və internet bağlantısı yeniləmələrinin plan üzrə həyata keçirilməsini koordinasiya etmək və icranı təsdiqləmək;
Planlaşdırılmış yeniləmələrlə faktiki təyyarələrdə icra olunan dəyişikliklər arasında uyğunluğu təmin etmək;
Satınalma və logistika bölmələri ilə birlikdə avadanlıqların daşınması, təhvil-təslimi və daxili paylanmasını koordinasiya etmək;
Gömrük rəsmiləşdirilməsi proseslərini izləmək, gecikmə və risklərin qarşısını almaq və operativ həllinə dəstək vermək;
Biznes sinfi üçün planşetlərin, internet vauçerlərinin və digər xidmət elementlərinin əməliyyat baxımından hazır olmasını yoxlamaq;
Uçuşdaxili əyləncə və internet xidmətlərinin cari vəziyyəti barədə rəhbərliyi mütəmadi və operativ məlumatlandırmaq;
Açıq qalan məsələləri, gecikmələri və riskləri sistemli şəkildə izləmək və vaxtında eskalasiya etmək;
Əməliyyat zamanı yaranan problemlərin aidiyyəti bölmələrlə koordinasiyalı və operativ həllini təşkil etmək;
Reaktiv yanaşmadan planlı və idarə olunan icraya keçidi təmin etmək məqsədilə əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Strateji planlarla faktiki əməliyyat icrası arasında uyğunluğu və hesabatlılığı təmin etmək;
Xidmətlərin həcmi və mürəkkəbliyi artdıqca əməliyyatların sabit, şəffaf və proqnozlaşdırıla bilən şəkildə idarə olunmasını təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Şəbəkə əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12473
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+