Mühasib-operator
Tam Ştat
Orta Səviyyə
1.100 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Avropa Azərbaycan Məktəbi komandamıza qoşulmaq üçün məsuliyyətli və diqqətli Mühasib-Operator axtarır.
Vəzifə öhdəlikləri:
Qaimə, hesab-faktura və digər maliyyə sənədlərinin hazırlanması və yoxlanılması
Kassa və bank əməliyyatlarının uçotunun aparılması
Debitor və kreditor hesablaşmalarına nəzarət
Ödənişləri icra etmək
Gündəlik əməliyyatların 1C proqramına işlənməsi
Mühasibat sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi
Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasına dəstək göstərilməsi
Mühasibatlıq şöbəsinin gündəlik iş prosesində iştirak etmək
Rəhbərliyin verdiyi diqər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı
MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə bilik
Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı
Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
İş şəraiti
İş qrafiki: bazar ertəsi-cümə, 08:00-17:00
Əmək haqqı: 1100 AZN (net)
Maraqlanan namizədlər mövzu bölümündə “Mühasib” yazaraq CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Avropa Azərbaycan Məktəbi
Education
Avropa Azərbaycan Məktəbi (AAM) 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş, Azərbaycanda fəaliyyət göstərən özəl beynəlxalq ümumtəhsil məktəbidir. Məktəb Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir və şagirdlərə müasir, təhlükəsiz və dəstəkləyici mühitdə təhsil alma imkanı yaradır. AAM dövlət məktəblərindən fərqli olaraq, beynəlxalq səviyyədə tanınan xüsusi proqramlar təqdim edir. Bu proqramlara IB (International Baccalaureate) – PYP, Cambridge International Examinations, eləcə də IB Diploma Programme (DP) daxildir. Məktəbin yanaşması innovasiya, yaradıcılıq, mədəniyyətlərarası anlayış və tənqidi düşüncənin inkişafına yönəlib.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17625
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500