Mühasib (kənd təsərrüfatı məhsullarının istehsalı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri
Qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat uçotunun təşkil edilməsi;
Mühasibat sənədlərinin tərtib edilməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
Aylıq və rüblük vergi hesabatlarının hazırlanması, illik mənfəət bəyannaməsinin tərtib edilməsi
Sənədlər və mühasıbat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunverıcilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək;
DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
E-taxes.gov.az və s. portallardan istifadə etmək;
Analitik təhlil etmə qabiliyyəti, uçotunun aparılması;
Bank əməliyyatların aparılması;
Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Tələblər
Ali iqtisadi təhsil (mühasibatlıq ixtisası üzrə təhsil üstünlükdür);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Maliyyə, vergi və təsərrüfat qanunvericiliyi üzrə biliklər;
Maliyyə hesabatlarının hazırlanma forma və qaydalarını bilmək;
Müəssisədə mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatlarla işləmə bacarığı;
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi analiz metodlarını bilmək;
Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və digər qiymətlilərin qəbul, mədaxil, saxlanma və silinmə qaydalarını bilmək;
Debitor və kreditor borcları üzrə hesablaşmaların aparılması qaydalarını bilmək;
Hüquqi və fiziki şəxslərin vergi öhdəlikləri barədə məlumatlı olmaq;
Mühasibat balansının və maliyyə hesabatlarının tərtib edilmə qayda və müddətlərini bilmək.
Azərbaycan dili sərbəst, Xarici dil bilikləri olan namizədlərə üstünlük verilir;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Peşakar mühasib sertifikatı üstünlükdür.
İş Şərtləri:
Şabran rayonuna mütəmadi ezamiyyətlər
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını müraciət məktubunun mövzu hissəsində “Mühasib” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanlarına göndərməkləri xahiş olunur.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18172
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+