Torpaq işləri üzrə sahə mühəndisi (Ağdərə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Layihəyə uyğun olaraq torpaq işlərinin planlaşdırılması və icrasına nəzarət etmək
Qazıntı, dolğu, sıxlaşdırma və sahənin hamarlanması işlərini koordinasiya etmək
Texniki çertyoj və layihə sənədlərini analiz etmək və tətbiq etmək
Sahədə geodeziya ölçülərinin və səviyyələrin düzgün icrasına nəzarət etmək
Tikinti texnikalarının və işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək
İşlərin vaxtında və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək
Material, texnika və işçi resurslarının səmərəli istifadəsinə nəzarət etmək
İş həcmlərinin hesablanması və gündəlik hesabatların hazırlanmasını təmin etmək
Sahədə təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək
Podratçılar və digər sahə mühəndisləri ilə koordinasiyalı işləmək
Problemlərin operativ həllini təmin etmək və rəhbərliyə məlumat vermək
Texniki sənədləşmə və icra aktlarının hazırlanmasında iştirak etmək
Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
Torpaq işlərinin icra texnologiyalarını və mərhələlərini bilmək
Qazıntı, dolğu, sıxlaşdırma və planlama işlərinin aparılması qaydalarını bilmək
Torpaq növlərini və onların texniki xüsusiyyətlərini bilmək
AutoCAD və MS Office proqramlarında işləmə bacarığı
Tikinti texnikalarının (ekskavator, buldozer, qreyder, katok və s.) iş prinsiplərini bilmək
Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarını bilmək
Tikinti norma və qaydalarını (SNiP, ASTM və digər tətbiq olunan standartlar)
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Torpaq İşləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18176
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+