Planlama mühəndisi (Qarabağ bölgəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Həyata keçirilən layihə işləri ilə bağlı biznes planının gündəlik və həftəlik hazırlanmasını təmin etmək və hazırlamaqda iştirak etmək;
Layihə rəhbərinə aşağıdakı hesabatları vermək:
işçi qüvvəsini və ya işçilərin sayını hesablamaq
layihədə işlə bağlı məlumat toplamaq və həcm hesablanmaq və onun hesabatını hazırlamaq.
Gecikmiş işi yenidən planlaşdırmaq;
Gecikmələrin səbəblərini müəyyən etmək, danışıqlar yolu ilə bu səbəbləri aradan qaldırmağa qərar vermək
Subpodratçılar tərəfindən yerinə yetirilmiş işlərə aid qeyd və planlaşdırmanı təmin etmək;
Edilən işlərdə zərəri müəyyənləşdirmək və tələbləri hazırlamaq;
Tələblər
Yol tikintisində planlama və nəzarət sahəsində 3 il iş təcrübəsi;
MS Project və Primavera üzrə biliklər;
Ali təhsil (Mühəndislik dərəcəsi);
AutoCAD bilikləri;
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Planlama mühəndisi (Qarabağ)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18174
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+