Xərclərə nəzarət üzrə mütəxəssis (Region)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Xərclərin müvafiq hesabatlarının hazırlanması və onların məlumat bazasında dəyərləndirilməsi
Xərclər ilə bağlı istifadə olunan məlumat bazalarının tənzimlənməsi
Xərclər barədə təhlil və statistik məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Xərclərin məlumat bazasında təqib edilməsi və yekun hesabatların hazırlanması
Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratlarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi
Təchiz edilən məhsullar/xidmətlərin dəyərinin müəyyənləşdirilməsi
Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünün nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi
Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət
Faktiki xərclərin büdcə ilə müqayisəsi
Satın alınan və ya tədarük edilən xidmətlərin/məhsulların dəyərinin müəyyən edilməsi
Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı. Bu məlumat barədə hər ay və ya lazım gəldikdə hesabat verilməsi
Vəzifəyə olan tələblər:
Ali təhsil- İqtisadiyyat, Biznes, Mühasibatlıq və ya Maliyyə üzrə Bakalavr dərəcəsi;
Müvafiq sahədə 2+ il təcrübə;
1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
Uyğun namizədlərdən CV-lərini “Xərclərə nəzarət üzrə mütəxəssis (Region)” başlığı ilə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18177
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+