Muhasib (Balakən)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 28 may 2026
Təsvir
"Azər Yem Sənaye MMC" Balakən ofisində maliyyə əməliyyatlarının dəqiqliklə idarə edilməsi və mühasibat uçotunun beynəlxalq və yerli standartlara uyğun aparılması üçün təcrübəli və məsuliyyətli Mühasib axtarışındadır. Bu vəzifə, müasir ERP sistemləri (1C, SAP) ilə işləmək və istehsalat yönümlü mühasibatlığı dərindən öyrənmək üçün əla fürsətdir.
Tələblər
Əsas Öhdəliklər:
Əməliyyat uçotu: Pul vəsaitlərinin mədaxil və məxarici əməliyyatlarını ERP proqramına daxil etmək, qalıqların dəqiqliyini yoxlamaq.
Elektron Sənəd Dövriyyəsi: portalı vasitəsilə elektron qaimələrin tərtib edilməsi, göndərilməsi və daxil olan qaimələrin ilkin sənədlərlə (ERP) üzləşdirilməsi.
Tədarükçü və Müştəri Münasibətləri: Mal və xidmət alışları üzrə təhvil-təslim aktlarının, müqavilələrin və digər ilkin sənədlərin arxivlənməsi və sistemə işlənməsi.
Satış Uçotu: Müəssisənin satış prosesləri zamanı sənədlərin düzgünlüyünü təmin etmək və uçotunu aparmaq.
Mühasibat Müxabirləşmələri: Mühasibat uçotu qaydalarına uyğun olaraq bütün əməliyyatlar üzrə düzgün müxabirləşmələrin verilməsi.
Namizədə dair Tələblər:
Təhsil: Maliyyə və ya Mühasibat uçotu sahəsində ali təhsil.
Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
Proqram Bilikləri:
1C 8.3 ERP proqramında sərbəst işləmək bacarığı.
MS Office,
SAP bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.
Portal: (VÖEN portalı) ilə işləmək təcrübəsi.
Şəxsi keyfiyyətlər: Analitik düşünmə qabiliyyəti, detallara qarşı həssaslıq, dürüstlük və komandada işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16027
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+