Yükləmə fəhləsi (Anbar-ATS Mill)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Məhsulun (un, kəpək) və materialların yüklənməsi və boşaldılmasını təmin edir, anbar daxilində stokları təşkil edir, təhlükəsizlik və sanitariya qaydalarına riayət edir, avadanlıqların baxımını həyata keçirir, sənədləşmə işlərini aparır, işlərin koordinasiyasını təmin edir və təhlükəsizlik tədbirlərini yerinə yetirir.
- Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbar daxili emalı.
- Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması.
- Satışa gedən malların (un, kəpək) yük maşınlarına yüklənməsi.
- Un, kəpək kisələrinin lazımi lazımi qaydada yığılması.
- Malların saxlanması üçün lazımi şəraitin mövcudluğuna diqqət yetirmək.
- Məhsul və materialların ehtiyatını izləmək, anbarın stok vəziyyətini idarə etmək.
- Təhlükəsiz avadanlıqları (forklift, kran və s.) istifadə edərək yükləmə və boşaltma proseslərini həyata keçirmək.
- Məhsul və materialların anbar daxilində düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsini təmin etmək.
- Yükün yerinə yetirilməsi, saxlanması və təşkilini təmin etmək.
- Yükləmə və boşaltma zamanı yaranan təhlükəsizlik risklərini aşkar etmək və müvafiq tədbirlər görmək.
- Təhlükəsizlik avadanlıqlarını (kaska, əlcəklər və s.) istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Yaş həddi: 20-45
Təhsil: Orta, peşə ixtisas təhsilli
İş təcrübəsi: 1 ilədək
İş rejimi: Növbəli
Nahar şirkət hesabına
Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16028
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+