Fəhlə (Anbar - ATS Mill)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Silo Fəhləsi müəssisənin silo və anbar sahələrində taxılın qəbulunu, daşınmasını, yığılmasını, təmizlənməsini və saxlanmasını təmin edir.
- Taxıl, buğda və digər xammalların anbara qəbulunu, boşaldılmasını və istehsal sahəsinə daşınmasını təmin etmək.
- İstehsalat avadanlıqlarının (elevator, konveyer və s.) təmizlənməsi, yığılması və sökülməsi işlərində iştirak etmək.
- Hazır məhsulların (un, kəpək və s.) yüklənməsi və boşaldılması prosesində iştirak etmək.
- İstehsalat sahəsinin və avadanlıqların gündəlik təmizliyini təmin etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.
- Birbaşa rəhbərin verdiyi yazılı və şifahi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
- İş zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək və onların qorunmasına cavabdeh olmaq.
Tələblər
Yaş həddi: 20-45
Təhsil: Orta, peşə ixtisas təhsilli
İş təcrübəsi: 1 ilədək
İş rejimi: Növbəli
Nahar şirkət hesabına
Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16025
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+