Muhasib (Balakən)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
Biz Azer Yem Sənaye MMC komandamıza məsuliyyətli Mühasib axtarırıq. Əsas vəzifəniz maliyyə uçotunun düzgün aparılması və maliyyə əməliyyatlarının idarə edilməsidir. Əgər siz dəqiq, dürüst, məsuliyyətli, analitik düşüncəyə malik və detallara diqqət yetirən biriysinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!
Tələblər
Təhsil: Ali (Maliyyə, Mühasibatlıq)
Təcrübə: Min 1 il
1C 8.3 ERP, Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək. (SAP biliklərinin olması əlavə üsütünlükdür)
e-taxes.gov.az işləməyi bacarmaq
Dürüstlük, dəqiqlik və məsuliyyətlilik
İş haqqında:
İş rejimi: 5 günlük (İstirahət: şənbə bazar)
İş yeri: Balakən, Atatürk 1
Əmək haqqı: 500 AZN
Analıq məzuniyyətində olan işçinin yerinə müddətli əmək müqaviləsi ilə
Vəzifə öhdəliyi:
Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və sənədlərin saxlanılması;
Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin ilkin sənədlərlə düzgünlüyü yoxlanılması, təsdiqə göndərilməsi, malların ERP proqramında işlənməsinin yoxlanılması və mühasibatlıq tərəfdən işlənməsi.
Görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi və elektron saxlanılması ;
Müəssisədə satışı zamanı, ilkin, sənədlərin düzgünlüyünün yoxlanılması, uçotunun aparılması;
Elektron qaimənin tərtib olunması və göndərilməsi, sənədlərin elektron saxlanılması;
Mühasibat uçotunu qaydalarına uyğun muxabirləşmələrin verilməsi.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10815
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+