Aparıcı mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 14 aprel 2026
Təsvir
Aparıcı mühasib şirkətin gündəlik mühasibat əməliyyatlarının düzgün və qanunvericiliyə uyğun şəkildə aparılmasına, maliyyə hesabatlarının vaxtında və dəqiq hazırlanmasına, eləcə də vergi və digər hesabatların düzgün təqdim olunmasına nəzarət edir. Bu vəzifə həmçinin digər mühasib heyətinə rəhbərlik və dəstək göstərmək funksiyasını da əhatə edir.
Tələblər
Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə)
Minimum 3–5 il mühasibatlıq sahəsində iş təcrübəsi (aparıcı vəzifədə olması üstünlükdür)
Vergi Məcəlləsi və Maliyyə Uçotu Qaydaları üzrə dərin biliklər
Mühasibat proqramlarında (məs., 1C, SAP və s.) sərbəst işləmək bacarığı
Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı
Analitik düşüncə, dəqiqlik və detallara diqqət
Komandada işləmək və rəhbərlik bacarığı
ACCA, CPA və ya digər beynəlxalq sertifikatlara malik olmaq üstünlükdür
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10161
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+