Fəhlə (anbar)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 5 aprel 2026
Təsvir
İstehsalat sahələrində və anbarlarda yardımçı işlərin yerinə yetirilməsi, yükləmə-boşaltma və daşınma işlərinin icrası, ərazidə səliqə-sahmanın qorunması, təhlükəsizlik qaydalarına riayət edilməsi və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
Vəzifə öhdəlikləri:
İstehsalat sahələrində yardımçı işləri yerinə yetirilməsi;
Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması;
Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbar daxili emal edilməsi;
Nəqledici vasitələrdə və anbarda yükün bağlanılması və üstünün örtülməsi. Nəqledici vasitələrin təmizlənməsi və yağlanması;
Anbarda, sexlərdə və başqa istehsalat binalarında istehsalat tullantıların və zibilin yığışdırılması;
Tullantıların və zibillərin onlar üçün ayrılmış yerlərə nəql edilməsi;
Rəhbərliyin əmr və sərəncamlarının yerinə yetirilməsi;
Əməyin təhlükəsizlik qaydalarına riayət edilməsi.
İş haqqında:
İş rejimi: 6 günlük (Növbəli)
Gecə növbəsi var
Nahar şirkət hesabına
Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
Əmək haqqı: 600 -700 ( Fix maaş + Əlavələr)
İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)
Namizədə tələblər:
Cinsi: Kişi
Yaş həddi: 20-35
Təhsil: Orta, Orta ixtisas, peşə təhsili
İş təcrübəsi: 1-3 il
Gecə növbəsində işləməyə uyğun olmalı
Fiziki cəhətdən sağlam və dözümlü
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10457
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+