Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

İş şəraiti:

  • Ünvan: Sumqayıt şəhəri

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

  • İş qrafiki: 5 günlük iş həftəsi

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

  • Stabil iş mühiti və peşəkar inkişaf imkanı;

  • Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı

Vəzifə öhdəlikləri:

  • Gələn elektron qaimələrin yoxlanılması və təsdiqlənməsi;

  • Anbara mədaxillərin yoxlanılması;

  • Ölkədaxili və ölkəxarici bank əməliyyatları üzrə ödənişlərin həyata keçirilməsi;

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların aparılması (əsas vəsaitlər, əmtəə-maddi qiymətlilər, istehsal xərcləri, məhsul satışı, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, sifarişçi və tədarükçülərlə hesablaşmalar və s.);

  • Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsi;

  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, əməkhaqqı üzrə maliyyə vəsaitlərinin, vergi və digər ödənişlərin vaxtında icrası;

  • İstehlak fonduna və digər təyinatlı vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;

  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və öhdəliklərin inventarizasiyasında iştirak;

  • Hesabatların hazırlanması üçün müvafiq uçot məlumatlarının toplanması və işlənməsi;

  • Mühasibat sənədlərinin düzgün saxlanılmasına nəzarət və müəyyən olunmuş qaydada arxivləşdirilməsi;

  • Yük gömrük bəyannamələri ilə işləmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat və ya İqtisadiyyat ixtisası üzrə);

  • Mühasibat sahəsində praktiki iş təcrübəsi;

  • Gündəlik mühasibat əməliyyatları üzrə biliklər;

  • Logo proqram təminatı ilə işləmək bacarığı;

  • Microsoft Excel proqramından sərbəst istifadə bacarığı;

  • Analitik düşünmə və hesablama bacarığı;

  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;

​​​​​​​Namizədin şəxsi keyfiyyətləri:

  • Dəyişən prioritetlərə və iş şəraitinə uyğunlaşma bacarığı.

  • Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi;

  • İşin planlaşdırılması bacarığı;

  • Fəal olması və komandada işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17558

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Əmək Haqqı üzrə Mühasib

Tam Ştat

İş şəraiti: Ünvan: Sumqayıt şəhəri Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək İş qrafiki: 5 günlük iş həftəsi Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Stabil iş mühiti və peşəkar inkişaf imkanı; Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı Metal konstruksiya və istehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli Əmək Haqqı üzrə Mühasib axtarır. Əgər siz əmək haqqı hesablanması, əmək qanunvericiliyi və istehsalat mühitində əməliyyatların idarə olunması üzrə təcrübəyə maliksinizsə sizi komandamızda görməkdən məmnun olarıq. Əsas vəzifələr: İşçilərin əmək haqlarının, bonusların, əlavə iş saatlarının (overtime), gecə növbələrinin və ezamiyyə xərclərinin hesablanması; Məzuniyyət, xəstəlik vərəqələri və işdən azad olma zamanı son haqq-hesabların düzgün icrası; Məhkəmə və icra sənədləri üzrə tutulmaların, HYS ödənişlərinin həyata keçirilməsi və aidiyyəti qurumların məlumatlandırılması; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi; Daxili və xarici audit proseslərində məlumatların təqdim olunması; İşçilərin əmək haqqı ilə bağlı sorğularının cavablandırılması və arayışların hazırlanması; İstehsalat sahəsində növbəli iş rejimi, tabel və davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsi.

Baş mühasib

Tam Ştat

Metallurgiya və istehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz peşəkar komandaya qoşulmaq üçün təcrübəli və məsuliyyətli Baş Mühasib axtarır. Namizəd istehsalat mühitində maliyyə və mühasibat uçotunun idarə olunması, vergi hesabatlılığı və aylıq bağlanış proseslərinin koordinasiyası üzrə güclü təcrübəyə malik olmalıdır. İş şəraiti: Ünvan: Sumqayıt şəhəri Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək İş qrafiki: 5 günlük iş həftəsi Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Stabil iş mühiti və peşəkar inkişaf imkanı; Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı Vəzifə öhdəlikləri: Satış və alış qaimələrinin sistem üzrə düzgünlüyünün aylıq yoxlanılması; Xərc sənədlərinin məsrəf mərkəzlərinə düzgün işlənilməsinə nəzarət; Debitor və kreditor üzləşmələrinin yoxlanılması və təsdiqi; Sistemdə ay bağlanışına hazırlıq, son yoxlamaların aparılması, müxbir hesabların bağlanması və aylıq balansın hazırlanması; Aylıq, rüblük və illik vergi, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi; Mühasibat uçotu və maliyyə əməliyyatlarının qanunvericiliyə uyğun təşkilinə nəzarət; Daxili və xarici audit proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi; Şöbə əməkdaşlarının iş prosesinin koordinasiyası və rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. Namizədə dair tələblər: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil; Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi; İstehsalat/metallurgiya sahəsində təcrübə üstünlükdür; Vergi və əmək qanunvericiliyini yüksək səviyyədə bilmək; PMS sertifikatının olması mütləqdir; MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı; Logo və ya digər ERP/mühasibat proqramlarında işləmək təcrübəsi; Analitik düşüncə, yüksək məsuliyyət və idarəetmə bacarığı; Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı. Biz təklif edirik: Stabil və peşəkar iş mühiti; Karyera inkişafı və öyrənmə imkanları; İstehsalat sahəsində böyük həcmli əməliyyatlarla işləmək təcrübəsi; Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.