İş şəraiti:
Ünvan: Sumqayıt şəhəri
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Vəzifə öhdəlikləri:
Gələn elektron qaimələrin yoxlanılması və təsdiqlənməsi;
Anbara mədaxillərin yoxlanılması;
Ölkədaxili və ölkəxarici bank əməliyyatları üzrə ödənişlərin həyata keçirilməsi;
Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların aparılması (əsas vəsaitlər, əmtəə-maddi qiymətlilər, istehsal xərcləri, məhsul satışı, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, sifarişçi və tədarükçülərlə hesablaşmalar və s.);
Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsi;
Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, əməkhaqqı üzrə maliyyə vəsaitlərinin, vergi və digər ödənişlərin vaxtında icrası;
İstehlak fonduna və digər təyinatlı vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və öhdəliklərin inventarizasiyasında iştirak;
Hesabatların hazırlanması üçün müvafiq uçot məlumatlarının toplanması və işlənməsi;
Mühasibat sənədlərinin düzgün saxlanılmasına nəzarət və müəyyən olunmuş qaydada arxivləşdirilməsi;
Yük gömrük bəyannamələri ilə işləmək.