Əmək Haqqı üzrə Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
İş şəraiti:
Ünvan: Sumqayıt şəhəri
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Metal konstruksiya və istehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli Əmək Haqqı üzrə Mühasib axtarır.
Əgər siz əmək haqqı hesablanması, əmək qanunvericiliyi və istehsalat mühitində əməliyyatların idarə olunması üzrə təcrübəyə maliksinizsə sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr:
İşçilərin əmək haqlarının, bonusların, əlavə iş saatlarının (overtime), gecə növbələrinin və ezamiyyə xərclərinin hesablanması;
Məzuniyyət, xəstəlik vərəqələri və işdən azad olma zamanı son haqq-hesabların düzgün icrası;
Məhkəmə və icra sənədləri üzrə tutulmaların, HYS ödənişlərinin həyata keçirilməsi və aidiyyəti qurumların məlumatlandırılması;
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi;
Daxili və xarici audit proseslərində məlumatların təqdim olunması;
İşçilərin əmək haqqı ilə bağlı sorğularının cavablandırılması və arayışların hazırlanması;
İstehsalat sahəsində növbəli iş rejimi, tabel və davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsi.
Tələblər
Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil;
Əmək haqqı hesablanması sahəsində minimum 2-3 il iş təcrübəsi;
İstehsalat mühitində(fərqli iş qrafikləri) əmək haqqı hesablanması üzrə təcrübə üstünlükdür;
Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsini yaxşı səviyyədə bilmək;
Logo proqram təminatında işləmək bacarığı üstünlükdür;
MS Excel proqramında sərbəst işləmək bacarığı;
Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyətlilik;
Məxfi məlumatlarla işləmək bacarığı.
Biz təklif edirik:
Stabil və peşəkar iş mühiti;
Karyera inkişafı və öyrənmə imkanları;
İstehsalat sahəsində böyük həcmli əməliyyatlarla işləmək təcrübəsi;
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Almet-STP MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17557
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə