Monitorinq və Əməliyyat Dəstəyi üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Bu vakansiya Leobank komandası üçün nəzərdə tutulub. Namizəd bankın infrastruktur və biznes servislərinin fasiləsiz monitorinqində, insidentlərin ilkin analizində və əməliyyat proseslərinin dəstəklənməsində iştirak edəcək.
Mütəxəssis monitorinq dashboard-ları, loq sistemləri və Linux mühitində əsas texniki yoxlamalarla işləyəcək, həmçinin insidentlərin düzgün eskalasiyası və Jira task-larının idarə olunmasını həyata keçirəcək.
Bankın infrastruktur və biznes servislərinin 24/7 monitorinqinin aparılması;
Monitorinq və observability platformaları ilə işləmək:
Grafana
Zabbix
Graylog
Cloudflare
Alertlərin, loqların və texniki metriklərin təhlili;
Servislərin əlçatanlığının və işlək vəziyyətinin ilkin yoxlanılması;
Linux serverlərdə baza əmrlərinin icrası və ilkin texniki yoxlamaların aparılması;
Təsdiqlənmiş prosedurlara əsasən əməliyyat dəyişikliklərinin icrası;
İnsident və texniki task-ların Jira sistemində yaradılması və izlənilməsi;
Problemlərin aidiyyəti komandalarına operativ şəkildə eskalasiya edilməsi;
Kritik hadisələr barədə məsul şəxslərin məlumatlandırılması;
Runbook və əməliyyat sənədlərinin hazırlanması və yenilənməsində iştirak;
Post-incident review proseslərində iştirak.
Tələblər
Linux əməliyyat sistemi üzrə baza bilikləri;
Linux command line ilə işləmək bacarığı;
Monitorinq və observability prinsipləri üzrə anlayış;
Grafana, Zabbix, Graylog, ELK, Prometheus və ya Cloudflare ilə iş təcrübəsi üstünlükdür;
HTTP/HTTPS, DNS və TCP/IP üzrə baza bilikləri;
Ticketing sistemləri ilə işləmək bacarığı;
Analitik düşüncə və insidentlərə operativ reaksiya vermək bacarığı;
Rus dili biliyi mütləqdir;
İngilis dilində texniki sənədləri oxuma bacarığı.
Üstünlük hesab olunur:
NOC, Operations və ya texniki dəstək sahəsində iş təcrübəsi;
Kubernetes, Docker və VMware üzrə baza bilikləri;
Loq analizi və incident management üzrə təcrübə;
LPIC, RHCSA, Zabbix Certified Specialist və ya digər Linux/Monitoring sertifikatları.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18417
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+