Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
İT mütəxəssisi / məsləhətçi (support, helpdesk və s.)

Mikro kreditlərin monitorinqi bölməsinin Baş Mütəxəssisi/Aparıcı Mütəxəssisi

Mikro kreditlərin monitorinqi bölməsinin Baş Mütəxəssisi/Aparıcı Mütəxəssisi

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

  • Erkən xəbərdarlıq sistemi (EWS) üzrə əsas risk siqnallarının (gecikmələr, ödəniş davranışı, dövriyyə azalmaları, anomaliyalar) gündəlik izlənməsi və yüksək riskli müştərilərin müəyyən edilməsi.

  • Risk səviyyəsinə uyğun olaraq müştərilərin biznes ünvanlarına səfərlərin planlaşdırılması və həyata keçirilməsi, faktiki fəaliyyətin, ticarət dövriyyəsinin və aktivlərin mövcudluğunun yoxlanılması;

  • Kredit vəsaitinin biznes məqsədi ilə istifadə olunmasının sənədlər və faktiki sübutlar (çeklər, POS hesabatları, foto və s.) əsasında qiymətləndirilməsi;

  • Aşkarlanmış risklər və uyğunsuzluqlar üzrə rəyin hazırlanması, düzəldici tədbirlərin (CAPA) təklif edilməsi və icrasının izlənməsi;

  • Monitorinq nəticələrinə əsasən kreditlərin risk kateqoriyasına təsirinin qiymətləndirilməsi, restrukturizasiya və ya digər risk tədbirləri üzrə rəylərin verilməsi;

  • Yüksək riskli hallar üzrə kreditlərin saxlanılması, məhdudlaşdırılması və ya restrukturizasiyası ilə bağlı təkliflərin hazırlanması və müvafiq komitələrə təqdim edilməsi;

  • Aparılan monitorinqlər üzrə qısa və aydın risk hesabatlarının hazırlanması, rəhbərlik və audit sorğuları üçün məlumatların təmin edilməsi;

  • Monitorinq və EWS yanaşmalarının təkmilləşdirilməsində iştirak, daxili qaydalara və etik tələblərə riayət olunmasına nəzarət.

Tələblər

  • Maliyyə, bank işi, audit və ya risk sahələri üzrə ali təhsil;

  • ACCA, CIA, FRM və digər müvafiq peşəkar sertifikatlar arzuolunandır;

  • Bank sahəsində minimum 2 il iş təcrübəsi (mikro, kredit monitorinqi/anderraytinq/audit/risk), sahə yoxlamaları və komitə təqdimatı təcrübəsi;

  • Klassifikasiya–ehtiyat qaydaları, mikrokredit prosesi, RSTX mexanizmi və sübutların qiymətləndirilməsi;

  • MS Excel və BI proqramları, eləcə də DMS/LOS sistemləri ilə işləmə bacarığı;

  • Güclü analitik düşüncə.

Necə Müraciət Etmək Olar

Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Finance

Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18416

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya