Mikro kreditlər üzrə kiçik mütəxəssis - Xaçmaz
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 29 may 2026
Təsvir
Görəcəyiniz işlər:
Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işini təşkil etmək;
Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirmək;
Müştəri biznes obyektlərinə ziyarətlər keçirmək və monitorinqləri aparmaq;
Müvafiq hesabatlar hazırlamaq.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Mikro kreditləşmə sahəsi üzrə minimum 1 il iş təcrübəsinə;
Ofis proqramlarında (Word, Excel) sərbəst işləməyə;
Hesabatlarla işləmə bacarığına;
Yaxşı səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqlarına sahib olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16563
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+