Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Məsafədən müştərilərin tanınması və eyniləşdirməsi şöbəsinin kiçik mütəxəssisi\mütəxəssis

Məsafədən müştərilərin tanınması və eyniləşdirməsi şöbəsinin kiçik mütəxəssisi\mütəxəssis

Finance

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 27 may 2026

Təsvir

Görəcəyiniz işlər:

  • Müxtəlif kanallardan daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;

  • Kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidmətin təşkili, idarə olunması və yönləndirilməsi;

  • Gördüyü işlərlə bağlı gündəlik, aylıq, rüblük, illik hesabatı hazırlayıb qrup rəhbərinə, şöbə müdirinə, təqdim etmək;

  • Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər etmək;

  • Birbaşa rəhbər tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;

  • Bankın sağlamlıq və təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək;

  • Online müraciətlərin video qeydiyyatının aparılması və təsdiqlənməsi;

  • Müştərilərlə video zənglərin aparılması;

  • Müştəri şəxsiyyətinin məsafədən eyniləşdirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;

  • Minimum 1 il iş təcrübəsi olan;

  • Cari istiqamət üzrə Mərkəzi Bankın qaydaları və bank işinin əsasları haqqında biliklərə sahib olan;

  • Azərbaycan (səlis), rus və ingilis (arzuolunandır) dillərini bilən;

  • MS Office proqramlarını mükəmməl bilən şəxsdir.

Necə Müraciət Etmək Olar

ABB

ABB

Finance

ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16562

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

VİP müştərilərlə iş departamentinin kiçik mütəxəssisi (xadimə)

Tam Ştat

Görəcəyiniz işlər: Bankın ərazisində (Baş Ofisdə və filiallarda) gündəlik təmizlik işləri; Cavabdeh olduğu sahələrdə təmizlik işləri görmək və iş otaqlarının daima təmiz saxlanılmasını təmin etmək; Sanitar-gigiyena qaydaları çərçivəsində Bankın mətbəxində və sanitar qovşağında təmizliyin təmin olunması; Bankın əldə etdiyi gündəlik istehlak və təsərrüfat mallarının qəbul edilməsi, onların gündəlik istifadəsinə nəzarət olunması; İş prosesində irəli gələn digər işləri yerinə yetirmək; Əsas öhdəlikləri tam, düzgün və Bankın qanuni maraq və mənafelərinə uyğun icra etmək; İş prosesini fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təşkil etmək; Xidməti vəzifələrin icrası zamanı ona məlum olan bank, kommersiya, eləcə də digər konfidensial statuslu məlumatların qorunmasını, həmin məlumatların yayılmamasını və üçüncü şəxslərə ötürülməməsini təmin etmək; İstifadəsində olan Bankın əmlakını səmərəli və şəxsi məqsədlər üçün olmamaqla istifadə etmək. Bizim üçün uyğun namizəd: Orta təhsil; Minimum 1 illik iş stajı; Əla səviyyədə Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır: Öhdəsində olan təmizlik ləvazimatlarının salamatlığı və düzgün istifadəsinə görə məsuliyyət daşımaq.