Bakı

Tam Ştat

Orta Səviyyə

2.000 - 2.500 AZN

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 25 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;

  • Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi;

  • Memarlıq ölçülərinin qəqiq hazırlanması;

  • Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;

  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;

  • Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;

  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;

  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;

  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;

  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;

  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual görünüşlərin hazırlanması.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);

  • Əmək haqqı 2000-2500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Ali təhsil (Memarlıq və İnşaat, İncəsənət Universitetlərini bitirənlərə üstünlük verilir);

  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;

  • Memarlıq, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;

  • Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;

  • AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı;

  • Komandada işləmək bacarığı;

  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq;

  • Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Memar-dizayner” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Necə Müraciət Etmək Olar

Capital Construction MMC

Capital Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15354

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik montyoru

Tam Ştat

Vəzifə və funksional öhdəliklər: Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası; Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi; Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi; Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri; Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi; Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması; Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi; Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi; Aşınmış avadanlıqların təmiri və bərpası; Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması; Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi; Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi; Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi. Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür); Müvafiq sahə üzrə peşə və ya Ali təhsil; Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür; Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı; Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər; Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması; Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri, Badamdar qəs. İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik montyoru” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.