Şirkətlərə Qayıt
Capital Construction MMC

Capital Construction MMC

3

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

3 iş elanı

Capital Construction MMC

Sahə mühəndisi

Capital Construction MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Cəmiyyətin tikinti sahələrində tikinti-quraşdırma işlərinin planının işçi çertyojlarına, layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək; Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq; Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək; Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək; İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırmaq, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərmək; Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq; İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib etmək, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib etmək; Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək; Texniki sənədlərin ekspertizasını aparmaq, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, daxili ehtiyatları üzə çıxarmaq, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən etmək, onların aradan qaldırılması tədbirlərini həyata keçirmək; Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək;

Capital Construction MMC

Layihə rəhbəri

Capital Construction MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək; Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək; Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək; Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək; İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək; Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək; Subpodratçıların fəaliyyətini koordinasiya etmək və müqavilə öhdəliklərinə uyğun işləmələrini təmin etmək; Sifarişçi və layihələndirici tərəflərlə koordinasiyanı aparmaq, texniki məsələlərin həllini təmin etmək; Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək; İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Capital Construction MMC

Fəhlə

Capital Construction MMC

Tam Ştat
Orta Səviyyə

Peşə və funksional öhdəliklər: Tikinti sahəsində müxtəlif fiziki və köməkçi işlərin yerinə yetirilməsi, tikinti materiallarının daşınması, boşaldılması, çeşidlənməsi və düzgün saxlanması. Beton və digər məhlulların hazırlanması, tökülməsi və daşınmasında iştirak, həmçinin hörgü və qəlib işlərində ustalara dəstək göstərilməsi. İş sahəsinin təmiz saxlanılması, tullantıların yığılması və daşınması, torpaq və söküntü işlərinin icrası. Müxtəlif tikinti materialları ilə (kərpic, blok, daş və s.) hörgü işlərində köməklik göstərmək; Hörgü işlərində yardım etmək: materialların gətirilməsi, məhlulun verilməsi, səthlərin təmizlənməsi və düzləndirilməsi işlərini icra etmək; Hörgü işlərində istifadə olunan alətlərin verilməsini təmin etmək; Əl alətləri və sadə mexaniki avadanlıqlarla işləmək, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək. Namizədə dair tələblər: Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür); Fiziki cəhətdən sağlam və işə davamlı olmaq Komandada işləmək bacarığı Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq olmaq Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür) İş şəraiti: İş yeri: Bakı şəhəri üzrə müxtəlif layihələr (Nizami r., Zığ qəs., Lökbatan qəs.) İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: razılaşma yolu ilə (layihəyə və namizədin bilik və bacarığına görə təyin olunacaq) Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.