Ana Səhifə
Vakansiyalar

Layihə rəhbəri

Layihə rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək;

  • Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək;

  • Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək;

  • Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək;

  • İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək;

  • Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək;

  • Subpodratçıların fəaliyyətini koordinasiya etmək və müqavilə öhdəliklərinə uyğun işləmələrini təmin etmək;

  • Sifarişçi və layihələndirici tərəflərlə koordinasiyanı aparmaq, texniki məsələlərin həllini təmin etmək;

  • Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;

  • İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Tələblər

  • Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);

  • Tikinti sahəsində müvafiq vəzifə üzrə minimum 5 il müvafiq iş təcrübəsi;

  • Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;

  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;

  • Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;

  • Tikinti norma və qaydalarını, texniki standartları və qanunvericiliyi yaxşı bilmək;

  • Layihələrin planlaşdırılması, büdcələnməsi və resursların idarə olunması üzrə bilik və bacarıqlar;

  • AutoCAD, MS Project və MS Office proqramlarında işləmək bacarığı;

  • Subpodratçılar və sifarişçilərlə effektiv işləmək və danışıqlar aparmaq bacarığı;

  • Analitik düşüncə, qərarvermə və problem həll etmə bacarıqları;

  • Liderlik və komanda idarəetmə qabiliyyəti;

İş şəraiti:

  • İş yeri: Quba r., və ya Badamdar qəs.

  • İş qrafiki: 6 günlük iş həftəsi;

  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək

Müraciət prosesi:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihə rəhbəri” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Capital Construction MMC

Capital Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12528

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Fəhlə

Tam Ştat

Peşə və funksional öhdəliklər: Tikinti sahəsində müxtəlif fiziki və köməkçi işlərin yerinə yetirilməsi, tikinti materiallarının daşınması, boşaldılması, çeşidlənməsi və düzgün saxlanması. Beton və digər məhlulların hazırlanması, tökülməsi və daşınmasında iştirak, həmçinin hörgü və qəlib işlərində ustalara dəstək göstərilməsi. İş sahəsinin təmiz saxlanılması, tullantıların yığılması və daşınması, torpaq və söküntü işlərinin icrası. Müxtəlif tikinti materialları ilə (kərpic, blok, daş və s.) hörgü işlərində köməklik göstərmək; Hörgü işlərində yardım etmək: materialların gətirilməsi, məhlulun verilməsi, səthlərin təmizlənməsi və düzləndirilməsi işlərini icra etmək; Hörgü işlərində istifadə olunan alətlərin verilməsini təmin etmək; Əl alətləri və sadə mexaniki avadanlıqlarla işləmək, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək. Namizədə dair tələblər: Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür); Fiziki cəhətdən sağlam və işə davamlı olmaq Komandada işləmək bacarığı Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq olmaq Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür) İş şəraiti: İş yeri: Bakı şəhəri üzrə müxtəlif layihələr (Nizami r., Zığ qəs., Lökbatan qəs.) İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: razılaşma yolu ilə (layihəyə və namizədin bilik və bacarığına görə təyin olunacaq) Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yükləyici sürücüsü (Bobcat)

Tam Ştat

Vəzifə və funksional öhdəliklər: Cəmiyyətin fəaliyyət göstərdiyi ərazilərdə, idarə etdiyi nəqliyyat vasitəsi ilə yüklərin yüklənməsini, boşaldılmasını, yerdəyişməsini və tələb olunan yerlərə yığılmasını təmin etmək; İdarə etdiyi yükvuranın, yüktutma mexanizmlərinin və digər xüsusi qurğuların düzgün və təhlükəsiz şəkildə idarə olunmasını təmin etmək; Yükvuranın işindəki nasazlıqları müəyyən etmək; Yükvuranın və onun bütün mexanizminin cari təmirində və texniki xidmətində iştirak etmək və bu prosesə nəzarət etmək; Bilavasitə rəhbərin müəyyən etdiyi ərazilərdə istifadə olunan xammalın və digər malların təhlükəsiz yüklənməsini və boşaldılmasını təmin etmək; Yüklərin tros, zəncir və digər vasitələrlə düzgün və təhlükəsiz bağlanmasını təmin etmək. Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi Sürücülük vəsiqəsi, həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (TH katerqoriyalı) və ya müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sertifikat Məsuliyyət və dəqiqlik Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı İş şəraiti: İş yeri: Zığ qəsəbəsi İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yükləyici sürücüsü” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.