Yükləyici sürücüsü (Bobcat)

Tam Ştat

Orta Səviyyə

900 AZN-dən

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 10 aprel 2026

Təsvir

Vəzifə və funksional öhdəliklər:

  • Cəmiyyətin fəaliyyət göstərdiyi ərazilərdə, idarə etdiyi nəqliyyat vasitəsi ilə yüklərin yüklənməsini, boşaldılmasını, yerdəyişməsini və tələb olunan yerlərə yığılmasını təmin etmək;

  • İdarə etdiyi yükvuranın, yüktutma mexanizmlərinin və digər xüsusi qurğuların düzgün və təhlükəsiz şəkildə idarə olunmasını təmin etmək;

  • Yükvuranın işindəki nasazlıqları müəyyən etmək;

  • Yükvuranın və onun bütün mexanizminin cari təmirində və texniki xidmətində iştirak etmək və bu prosesə nəzarət etmək;

  • Bilavasitə rəhbərin müəyyən etdiyi ərazilərdə istifadə olunan xammalın və digər malların təhlükəsiz yüklənməsini və boşaldılmasını təmin etmək;

  • Yüklərin tros, zəncir və digər vasitələrlə düzgün və təhlükəsiz bağlanmasını təmin etmək.

Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr):

  • Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi

  • Sürücülük vəsiqəsi, həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (TH katerqoriyalı) və ya müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sertifikat

  • Məsuliyyət və dəqiqlik

  • Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı

İş şəraiti:

  • İş yeri: Zığ qəsəbəsi

  • İş qrafiki: 6 günlük iş həftəsi;

  • Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yükləyici sürücüsü” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Capital Construction MMC

Capital Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11119

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Memar

Tam Ştat

Vəzifə öhdəlikləri: Cəmiyyətin müxtəlif məqsədlər üçün inşa olunan obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması; Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak etmək; İnteryer və eksteryer dizaynı üzrə eskiz və layihələrinin hazırlanmasını təmin etmək; Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətini təmin etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğunu araşdırmaq; Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək; Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunun təmin edilməsində iştirak etmək; İş şəraiti: İş yeri: Bakı şəhəri,Nəsimi r.,C. Məmmədquluzadə küç. 1025 5 günlük iş həftəsi (09:00 – 18:00); Əmək haqqı 2000-2500 AZN (ə/h namizədin təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: Memarlıq sahəsində ali təhsil; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Müxtəlif təyinatlı binaların işçi layihələrinin hazırlanması üzrə iş təcrübəsi; AutoCAD, Archicad və ya digər analoji layihələndirmə proqramlarında sərbəst işləmək bacarığı; Tikinti norma və qaydaları (SNiP, AzDTN və s.) barədə məlumatlılıq; Layihə sənədlərinin hazırlanması və oxunması bacarığı; Komandada işləmək bacarığı və məsuliyyət. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Memar” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Anbardar

Tam Ştat

Vəzifə öhdəlikləri: Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq; Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək; Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək; Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək; Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq; Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək; Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq; Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq. İş şəraiti: İş yeri: Mərdəkan ərazisi; İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır); Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb); MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı; Diqqətlilik, məsuliyyət və operativlik; Komanda ilə işləmək və riyazi təfəkkür. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə *Anbardar” qeyd edərək qeyd olunanelektron poçt ünvanına göndərilməsi xahiş olunur.