Keyfiyyətə nəzarət mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Sənədlərin, Cəmiyyətə daxil olan məhsul, material və avadanlıqların qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanmasına və prosesə nəzarət etmək;
Tikintidə keyfiyyətə nəzarət sahəsi üzrə tikinti norma və standartlarının (SNİP, GOST, SP, ISO) icrasına nəzarət etmək;
Tikintidə istifadə olunan materialların və texnologiyaların layihə sənədləri və təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini aparmaq;
Cəmiyyətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək;
Subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyəti şəxslərə təqdim etmək və keyfiyyətə riayət olunmasına nəzarət etmək;
Tələblər
İnşaat və ya tikinti mühəndisliyi üzrə ali təhsil
Tikinti sahəsində müvafiq vəzifə üzrə ən azı 5 il iş təcrübəsi
Tikinti qaydaları və texniki normaları üzrə biliklər
Çertyoj və layihə sənədləri ilə iş bacarığı
Məsuliyyət və diqqətlilik
İş şəraiti:
İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mühəndis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Capital Construction MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11118
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə