Topoqraf köməkçisi
Bakı
Tam Ştat
Orta Səviyyə
800 - 900 AZN
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Sahə işləri zamanı topoqrafa texniki dəstəyin göstərilməsi və ölçmə proseslərində aktiv iştirak edilməsi;
Topoqrafik cihazların quraşdırılmasında, daşınmasında və istifadəsində köməkliyin göstərilməsi;
Sahədə aparılan ölçmələrin dəqiq qeydlərinin aparılması və ilkin məlumatların toplanılması;
Ölçmə nəticələrinin emalına köməkliyin göstərilməsi, sxem və hesabatların hazırlanmasında iştirak;
Sahə ölçmələrinin mövcud norma və təlimatlara uyğun sənədləşdirilməsində topoqrafa kömək edilməsi;
Cihazların gündəlik texniki qulluğunun icrası, onların təhlükəsiz saxlanmasının və daşınmasının təmin edilməsilməsi;
Sahə işlərində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istifadəsinin təmin edilməsi.
Tələblər
Geodeziya, topoqrafiya və ya əlaqəli sahə üzrə təhsil mütləqdir;
Müvafiq iş üzrə təcrübə arzuolunandır;
Topoqrafik ölçmə cihazları ilə işləməyə maraq və öyrənməyə açıq olmaq;
Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
Açıq sahədə və səyyar şəraitdə işləməyə fiziki uyğunluq;
Texniki düşüncə və diqqətli olmaq.
AutoCAD, MS Office (xüsusilə Excel) və GIS proqramları üzrə ilkin biliklər üstünlükdür.
İş şəraiti:
İş yeri: Bakı
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində**“Topoqraf köməkçisi”**qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Capital Construction MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14889
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə