Tam Ştat

Orta Səviyyə

497 AZN-dən

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Daxil olan və çıxan rəsmi sənədlərin qeydiyyatını aparmaq

  • Sənədlərin düzgün şəkildə çeşidlənməsi və arxivləşdirilməsini təmin etmək

  • Rəsmi məktubların, ərizələrin və digər sənədlərin hazırlanmasında iştirak etmək

  • Elektron sənəd dövriyyəsi sistemində məlumatların daxil edilməsi və yenilənməsi

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək

  • Telefon zənglərini cavablandırmaq və aidiyyəti şəxslərə yönləndirmək

  • Daxili və xarici yazışmaların təşkili və nəzarəti

  • Sənədlərin icra müddətinə nəzarət etmək və gecikmələrin qarşısını almaq

  • Ofis daxili sənəd axınının koordinasiyasını təmin etmək

  • Lazımi hesabatların hazırlanmasına dəstək vermək

  • Ziyarətçilərin qarşılanması və ilkin məlumatlandırılması

Tələblər

  • Ali və ya orta ixtisas təhsili

  • Azərbaycan dilində sərbəst yazı və danışıq

  • MS Office proqramlarında (Word, Excel) işləmə bacarığı

  • Müvafiq vəzifə üzrə iş stajı arzuolunandır

  • Səliqəli, məsuliyyətli və diqqətli olmaq

  • Komanda ilə işləmə bacarığı

İş şəraiti:

  • İş yeri: Suraxanı rayonu, Zığ qəs.

  • İş qrafiki: 6 günlük iş həftəsi;

  • Əmək haqqı: 500 - 600 AZN

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kargüzar” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Capital Construction MMC

Capital Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14888

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik montyoru

Tam Ştat

Vəzifə və funksional öhdəliklər: Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası; Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi; Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi; Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri; Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi; Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması; Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi; Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi; Aşınmış avadanlıqların təmiri və bərpası; Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması; Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi; Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi; Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi. Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür); Müvafiq sahə üzrə peşə və ya Ali təhsil; Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür; Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı; Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər; Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması; Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri, Badamdar qəs. İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik montyoru” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sahə mühəndisi

Tam Ştat

Vəzifə öhdəlikləri: Cəmiyyətin tikinti sahələrində tikinti-quraşdırma işlərinin planının işçi çertyojlarına, layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək; Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq; Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək; Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək; İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırmaq, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərmək; Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq; İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib etmək, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib etmək; Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək; Texniki sənədlərin ekspertizasını aparmaq, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, daxili ehtiyatları üzə çıxarmaq, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən etmək, onların aradan qaldırılması tədbirlərini həyata keçirmək; Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək;