Məhsul meneceri

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

  • Mövcud və yeni məhsulların optimallaşdırılması və inkişaf etdirilməsi;

  • Məhsul üzrə satışların artırılması üçün mütamadi təkliflərin verilməsi;

  • Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;

  • Təmsil etdiyi məhsul qrupu üzrə satış komandasının lazımi informasiya ilə təmin edilməsi;

  • Məhsul üzrə satış kanallarının koordinasiyası və idarə olunması;

  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə bəzi müştərilər üzrə fərdi əməkdaşlığın qurulması;

  • Kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;

  • Satış komandasına, rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;

  • Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə satış şöbələri ilə işin koordinasiyası;

  • Satışı stimullaşdırıcı kampaniyaların hazırlanması və icrasına nəzarət edilməsi.

Tələblər

  • Marketinq və ya əlaqəli sahədə Ali təhsil (Marketin, Biznesin idarə edilməsi, MBA ixtisasları üstünlükdür);

  • Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;

  • İngilis dili biliyi arzuolunandır;

  • MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;

  • Məhsullar üzrə proqnoz vermək və satış planlatının hazırlayıb həyata keçirmək üzrə təcrübə;

  • Yaradıcı, innovativ və strateji düşünmə bacarığı.

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;

  • İstirahət: Şənbə və bazar günü;

  • İş yeri: Luxen Plaza;

  • Korporativ nömrə verilir.

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);

  • Şəhərin mərkəzində ofis;

  • Bonus sistemi;

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16313

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İnsan Resursları Departament Direktoru

Tam Ştat

Şirkətin biznes hədəflərinə uyğun HR strategiyası və büdcəsinin hazırlanması və icrasına nəzarət; HR kargüzarlığının və sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun təşkilinə nəzarət etmək; İşçi heyətinin planlaşdırılması, işə qəbul, qiymətləndirmə, motivasiya və təlim sistemlərinin qurulmasına rəhbərlik etmək; Vakansiyalar üzrə namizədlərin seçilməsi, müsahibələrin təşkili və müasir qiymətləndirmə metodlarının tətbiqini həyata keçirmək; İşçilərin motivasiya və demotivasiya faktorlarını təhlil edərək effektiv motivasiya proqramları hazırlamaq; Qrup şirkətlərinin təşkilati strukturunu təhlil etmək, boşluqları müəyyənləşdirmək və çevik struktur modeli formalaşdırmaq; Vəzifə adları, dərəcələr və funksional öhdəliklərin qruparası uyğunlaşdırılmasını (grading və alignment) həyata keçirmək; Bütün qrup üzrə vahid HR siyasətinin – işə qəbul, adaptasiya və işdən ayrılma prosedurlarının tətbiqini təmin etmək; Performans və KPI sisteminin qurulması və ölçülə bilən nəticələrin təmin edilməsi; Daxili rotasiya və karyera inkişaf mexanizmlərini tətbiq etməklə kadr ehtiyatının effektiv idarə olunması; Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf planlarının hazırlanması. HR fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.