İnsan Resursları Departament Direktoru
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Şirkətin biznes hədəflərinə uyğun HR strategiyası və büdcəsinin hazırlanması və icrasına nəzarət;
HR kargüzarlığının və sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun təşkilinə nəzarət etmək;
İşçi heyətinin planlaşdırılması, işə qəbul, qiymətləndirmə, motivasiya və təlim sistemlərinin qurulmasına rəhbərlik etmək;
Vakansiyalar üzrə namizədlərin seçilməsi, müsahibələrin təşkili və müasir qiymətləndirmə metodlarının tətbiqini həyata keçirmək;
İşçilərin motivasiya və demotivasiya faktorlarını təhlil edərək effektiv motivasiya proqramları hazırlamaq;
Qrup şirkətlərinin təşkilati strukturunu təhlil etmək, boşluqları müəyyənləşdirmək və çevik struktur modeli formalaşdırmaq;
Vəzifə adları, dərəcələr və funksional öhdəliklərin qruparası uyğunlaşdırılmasını (grading və alignment) həyata keçirmək;
Bütün qrup üzrə vahid HR siyasətinin – işə qəbul, adaptasiya və işdən ayrılma prosedurlarının tətbiqini təmin etmək;
Performans və KPI sisteminin qurulması və ölçülə bilən nəticələrin təmin edilməsi;
Daxili rotasiya və karyera inkişaf mexanizmlərini tətbiq etməklə kadr ehtiyatının effektiv idarə olunması;
Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf planlarının hazırlanması.
HR fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Tələblər
Ali təhsil;
İnsan resurslarının idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
Böyük heyətlə (minimum 1000 nəfər) işləmə təcrübəsi;
İşçi heyətinin planlaşdırılması, işə qəbul, performansın qiymətləndirilməsi, motivasiya və təlim sistemləri üzrə praktiki bilik;
Azərbaycan Respublikasının əmək qanunvericiliyini mükəmməl səviyyədə bilmək;
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmə bacarığı;
SAP proqramında işləmə bacarığı;
Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
Analitik düşünmə, yüksək ünsiyyət və təqdimat bacarıqları;
Məsuliyyətlilik və detallara diqqət.
İş şəraiti
İş vaxtı: 09:00 – 18:00
İstirahət günləri: Şənbə və Bazar
Əməkhaqqı: Razılaşma əsasında
Sınaq müddətindən (3 ay) sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16312
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
501-1000